Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN RUSİYA FEDERASİYASINA İŞGÜZAR SƏFƏRİ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sentyabrın 24-də Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (Universitetinə) gəldi. Dövlətimizin başçısını dünyada məşhur olan bu ali təhsil ocağında Rusiyanın xarici işlər naziri İqor İvanov, MDBMİ(U)-nun rektoru Anatoli Torkunov səmimiyyətlə, mehribanlıqla qarşıladılar. Universitetdə təhsil alan azərbaycanlı tələbələr Azərbaycan Prezidentinə gül-çiçək dəstələri təqdim etdilər. Respublikamızın rəhbəri azərbaycanlı tələbələrlə mehribancasına söhbət etdi, onlara təhsildə uğurlar arzuladı. 

Sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) böyük salonunda Azərbaycan Prezidentinə bu ali məktəbin fəxri doktoru adının verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Universitetin professor-müəllim heyəti, Rusiyanın bir sıra ictimai-siyasi xadimləri, Moskvada yaşayan məşhur həmyerlilərimiz - Nikolay Baybakov, Kərim Kərimov və başqaları, tələbələr dövlətimizin başçısı Heydər Əliyevi gurultulu, sürəkli alqışlarla qarşıladılar.

Mərasimi MDBMİ(U)-nun rektoru Anatoli Torkunov giriş sözü ilə açdı, Azərbaycan Prezidenti Heydər Əliyevə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitetinin) fərqlənmə nişanını, fəxri doktor diplomunu və mantiyasını təqdim etdi.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə geniş nitq söylədi. Sonra universitetə üzərində Bakının mənzərəsi təsvir olunmuş rəsm əsəri hədiyə etdi.

Sonra RF-nin xarici işlər naziri İqor İvanov mərasimdə çıxış etdi və nazirliyin 200 illiyi münasibətilə fəxri nişanı, habelə Rusiyanın məşhur diplomatlarına həsr olunmuş ikicildlik əsəri Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti ona göstərilən diqqətə görə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (Universitetinə) və Rusiya Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirdi.

Mərasimdən sonra Prezident Heydər Əliyev bu universitetdə təhsil alan tələbələrlə xatirə şəkli çəkdirdi.

Ali qonağı Rusiyanın xarici işlər naziri İqor İvanov, MDBMİ(U)-nun rektoru Anatoliy Torkunov və digər rəsmi şəxslər hörmətlə yola saldılar.

X X X

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya xarici işlər naziri İqor İvanovla görüşü keçirildi. Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.

X X X

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya işgüzar səfəri başa çatdı. Dövlətimizin başçısı maşın karvanının müşayiəti ilə “Vnukovo-2” hava limanına gəldi.

Azərbaycan Prezidentini Rusiya dövlətinin və hökumətinin yüksək vəzifəli şəxsləri və ölkəmizin Moskvadakı səfiri Ramiz Rizayev yola saldılar.

Dövlətimizin başçısı həmin gün axşam Bakıya gəldi.

X X X

Prezident HEYDƏR ƏLİYEV Binə hava limanında jurnalistlərə müsahibə verdi:

- Siz mətbuatdan, televiziyadan yəqin bilirsiniz ki, mənim Moskvaya işgüzar səfərim necə keçib, hansı görüşlərim olub, nə məsələlər müzakirə etmişik. Bunların hamısını bilirsiniz. Bəlkə bir şeyi bilmirsiniz ki, bu gün mən saat 12-də Moskva Beynəlxalq Münasibətlər İnstitutuna getdim. Əvvəllər bu təhsil ocağı diplomatlar hazırlayırdı. Həmin institut bu ilin əvvəlində mənə fəxri doktor adı veribdir. Ötən dəfə Moskvaya səfər edərkən oraya getməyə imkan olmadı, onda mən Moskva Universitetinə getdim, bu universitet bir qədər əvvəl mənə fəxri doktor adı vermişdi.

Oraya getdim, çıxış etdim. Bunu da televiziya ilə göstərəcəklər. Sizin aranızdakı o jurnalist orada idi. Sən sual da verdin. Mən Moskvaya bu səfərimdən çox razıyam. Əsas mövzu o idi ki, Azərbaycan-Rusiya əlaqələrini bütün sahələrdə - iqtisadiyyat, mədəniyyət, təhsil, elm sahəsində daha da inkişaf etdirək.

Məsələn, biz orada təhsil sahəsində saziş imzaladıq. Azərbaycanın və Rusiya Federasiyasının təhsil nazirlikləri saziş imzaladılar ki, onların diplomları Azərbaycanda, bizim diplomlar da Rusiyada tanınsın. Elmlər doktorudur və yaxud namizədidir, onların diplomları hər iki ölkədə tanınsın. Bu da çox mühüm işdir.

Rusiyanın təhsil naziri bizim ümumi görüşümüzdə mətbuata məlumat verdi ki, indikindən iki dəfə çox tələbəmiz Rusiyada ali məktəblərə qəbul olunacaq və pulsuz təhsil alacaqdır. Yəni bu sahədə də çox əhəmiyyətli danışıqlarımız oldu.

Təbiidir ki, bizim əsas sazişimiz Xəzər dənizi ilə əlaqədar idi. Biz onu da imzaladıq, bu, son saziş idi. Azərbaycan, Rusiya, Qazaxıstan - üç ölkə eyni mövqedədir, hər üç ölkənin bir-biri ilə sazişləri var. Bu, çox əhəmiyyətli məsələdir. Prezident Putin mətbuat qarşısında çıxış edərkən bunun əhəmiyyətini qeyd etdi. Başqa sazişlər də əhəmiyyətlidir.

Bu ilin əvvəlində mən ilk dəfə olaraq Moskvaya dövlət səfərinə getmişdim. Bir var işgüzar səfər, bir var rəsmi səfər, bir də var dövlət səfəri. Birinci dəfə idi ki, məni dövlət səfəri səviyyəsində qəbul edirdilər. Onda da biz çox sənədlər imzalamışdıq. Bizim müştərək komissiyamız işləyir. Onlar da öz aralarında sənədlər imzalayırlar.

Beləliklə, Rusiya Federasiyası ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək çox əhəmiyyətlidir. Bu, bizim başqa ölkələrlə əlaqələrimizə nə xələl gətirir, nə də onların maraqlarına toxunur.

Rusiyada bizim danışıqlarımız ancaq bu mövzuda gedirdi. Amma biz başqa ölkələrlə hansı əlaqədəyik, nə üçün - bu barədə orada bir kəlmə də söz deyilmədi.

Axşam Prezident Vladimir Putin məni öz iqamətgahına dəvət etdi. Biz iki saat təkbətək bir çox məsələləri müzakirə etmişik. Ancaq yenə də deyirəm, bizim hansısa ölkə ilə münasibətlərimizə bir dəfə də işarə edilmədi. Rusiya bu məsələlərə çox demokratik yanaşır.

 

Bu bizə onlardan da çox lazımdır. Rusiya böyük dövlətdir. Rusiyanın böyük imkanları var. Bizim ölkələrin ticarət əlaqələri daha da genişlənir, gələcəkdə daha da böyük fayda verəcəkdir.

Rusiyada yaşayan azərbaycanlılar deyirlər ki, Rusiya-Azərbaycan əlaqələri son vaxtlar sürətlə inkişaf etdiyinə görə, oradakı azərbaycanlılara Qafqazın, yaxud Orta Asiyanın digər millətlərinə nisbətən münasibət xeyli yaxşıdır. Bu da bizə lazımdır.

Sentyabrın 24-də səhər mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna getdim. Bu institutu mən yaxşı tanıyıram. O, keçmişdə də SSRİ-də yeganə institut idi və orada çox yüksək təhsil verilirdi. Oraya qəbul olunmaq da çox çətin idi. Məsələn, mən vaxtilə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işləyərkən respublikamıza bu instituta qəbul olunmaq üçün 4 yer verilirdi. Namizədləri də gərək tapaydın, seçəydin, gərək komsomol seçəydi. Komsomol seçəndən sonra sənədləri Mərkəzi Komitəyə gətirirdilər. Mərkəzi Komitədə beynəlxalq əlaqələr şöbəsi həmin namizədin sənədlərinə baxmalı idi. Mərkəzi Komitədən zəmanət alandan sonra da həmin adam gedib instituta qəbul imtahanı verməli idi. Bəli, o illər bu instituta qəbul olunmaq çox çətin idi.

Bilirsiniz ki, o illərdə mənim oğlum İlham Əliyev də həmin institutda təhsil alıb, həyatının 13 ilini onun divarları arasında keçiribdir. Beş il institutda təhsil alıb, üç il aspiranturada oxuyub, sonra müdafiə edib, namizədlik dərəcəsi alıbdır. Ondan sonra da beş il orada işləyibdir.

Mən bu gün həmin universitetdəki çıxışımda bu barədə danışdım. İlham Əliyevi vaxtilə çox ədalətsiz olaraq oradan çıxardılar. Ona görə də sonra bizneslə məşğul oldu.

Mən bu gün oraya gələndə rektor mənə məlumat verdi ki, indi burada 25 nəfər azərbaycanlı tələbə təhsil alır. Mən onlarla görüşdüm. Xoşuma gəldi, çox şad oldum ki, bizim gənclərimiz belə böyük universitetdə oxuyurlar. Mən əvvəl də belə fikirdə olmuşam, indi də belə fikirdəyəm ki, bizim gənclərimiz təkcə Azərbaycanda oxumamalıdırlar. Əvvəllər bizim tələbələri Qərb ölkələrinə göndərmək imkanımız yox idi. Biz gənclərimizi ancaq Rusiyaya, onun müxtəlif regionlarına, xüsusən Moskvaya, Leninqrada göndərirdik. Amma indi bizim hər cür imkanımız vardır. Tələbələrimiz Qərb ölkələrində də təhsil alırlar, özü də yaxşı oxuyurlar. Tələbələrimizdən Amerikada da oxuyanlar var. Amerikadakı Yel Universiteti ilə telekörpü təşkil olunmuşdu. Orada böyük bir konfrans keçirilirdi. Mən onlarla bir saat söhbət apardım. Vilayət Quliyev mənə danışdı ki, həmin universitetdə azərbaycanlı tələbələr də təhsil alırlar.

Vilayət, sən dedin ki, həmin konfransda iştirak edəndə Amerikada təhsil alan tələbələr də oraya gəlmişdilər.

 

VİLAYƏT QULİYEV: İki nəfər Yel Universitetində oxuyur, magistrantdırlar, biri menecment və bir də elektronika üzrə. Hardvard Universitetindən, Çikaqo Universitetindən də gəlmişdilər. Kletçer Diplomatiya Akademiyasında bizim bir məzun oxuyur, ilk dəfə qəbul olunubdur, o da gəlmişdi. Əvvəlki günlərdə onlar müzakirələrdə də fəal iştirak etmişdilər.

HEYDƏR ƏLİYEV: İndi baxın, görün. Ora Amerika Birləşmiş Ştatlarıdır. Amma Qərbi Avropada təhsil alanlar daha çoxdur. İndi Rusiyada da təhsillərini davam etdirsinlər, orada bizə güzəştlər də verirlər. Bunların hamısı bizim ölkəmiz, onun gələcəyi üçün çox lazımdır.

Beləliklə, mənim səfərim bü cür keçibdir. Daha güman etmirəm ki, sizə nəsə aydın deyildir ki, mənə sual verəsiniz. Dağlıq Qarabağ məsələsi haqqında Prezident Vladimir Putinlə təkbətək danışmışam. Qafqazda vəziyyət haqqında da bizim danışığımız olub və sair.

SUAL: Cənab Prezident, rəsmi Tehran Rusiya ilə Azərbaycan arasında Xəzərin statusu ilə bağlı imzalanan ikitərəfli sazişi tanımadığını bəyan edib. Buna münasibətinizi bilmək olarmı?

CAVAB: Təəssüf edirəm.

SUAL: Rusiya-Gürcüstan münasibətlərinə Azərbaycanın...

CAVAB: Bilirsinizmi, mənim hüququm yoxdur ki, Rusiya-Gürcüstan münasibətlərini müzakirə edim. Çünki mən ayrı dövlətin başçısıyam. O münasibət Rusiya ilə Gürcüstan arasındadır. Amma Qafqazdakı vəziyyətlə, bu mövzu ilə bağlı Prezident Putinlə faktiki olaraq fikir mübadiləsi apardıq.

SUAL: Cənab Prezident, indi İranla bağlı Azərbaycanın mövqeyi necə olacaq? İranla münasibətlərimiz necə yoluna qoyulacaq?

CAVAB: Narahat olmayın. Bizim ekspertlərimiz İranla işləyirlər. Mən Moskvaya yola düşməzdən bir-iki gün əvvəl İranın nümayəndəsi Səfəri burada idi. Bizim xarici işlər nazirinin müavini Xələfov oraya gedəcəkdir. Danışıqlar davam edəcəkdir. Narahat olmayın.

SUAL: Cənab Prezident, Gəncədən sonra Sizin Bərdəyə və Şəkiyə səfəriniz gözlənilir. Gəncədəki vəziyyət məlum oldu. Bərdədə və Şəkidəki vəziyyəti də eyni cür qiymətləndirmək olarmı? Ola bilərmi ki, Bərdənin və Şəkinin sosial-iqtisadi inkişafı üçün məhz büdcədən vəsait ayrılsın.

CAVAB: Onda belə çıxacaqdır ki, mən haraya gedirəmsə, oranın sosial inkişafı üçün vəsait ayıraq? Bəs o birisilər? Biz bu məsələlərə baxırıq, narahat olmayın.

SUAL: Bakı-Tbilisi-Ceyhan boru xəttinin təməlinin qoyulmasına Vladimir Putinin münasibəti necə oldu?

CAVAB: Bizim aramızda bu barədə heç bir söhbət olmadı.

SUAL: Cənab Prezident, Rusiya Prezidenti Azərbaycanla Xəzərdə neftə dair saziş imzalamağı təklif etdi, bunun əvəzində ölkəmizə qaz verəcəyini bildirdi. Bunun Azərbaycan üçün nə qədər faydası ola bilər?

CAVAB: Bu, bizim üçün əhəmiyyətlidir. Biz Bakı-Novorossiysk xətti ilə əlaqədar o vaxt Rusiya ilə saziş imzaladıq. Hətta o vaxt söz verdik ki, ildə 5 milyon ton neft ixrac edəcəyik. Ancaq 5 milyon ton deyil, 2, 2,3, bəzən 2,5 milyon ton olur. Biz bu işi davam etdirəcəyik. Burada heç bir problem yoxdur. Qazı da şərtlə vermirlər ki, biz neft göndərək, onlar da bizə qaz versinlər. Bunlar bir-birindən ayrı şeylərdir. Vladimir Putin, sadəcə, dedi ki, Azərbaycan neft, Rusiya da qaz verir. Qaz da veriləcəkdir.

SUAL: Cənab Prezident, Rusiya tərəfi müştərək komissiyanın səlahiyyətlərinin artırılmasını təklif edir. Azərbaycan tərəfi bununla razıdırmı?

CAVAB: Mən bunu eşitməmişəm. Komissiyanın sədrləri - Xristenko, Abbasov bizim yanımızda idilər. Onlara da söz verdik ki, görülən işlər haqqında geniş məlumat versinlər.

SUAL: Dünən Moskvada imzalanmış sazişdən sonra Azərbaycanın Xəzər dənizindəki sektorunda hamısa əhəmiyyətli dəyişiklik olubmu?

CAVAB: Heç bir dəyişiklik yoxdur. Rusiya ilə sektorlarımızın sərhədi lap əvvəldən müəyyənləşdirilmişdir. Hətta “LUKoyl” şirkəti ilə o vaxt haqqında saziş imzaladığımız yataq da həmin xətdən biz tərəfdə - Yalamadan yuxarıda yerləşir. Yəni burada heç bir dəyişiklik yoxdur. Deməli, sektorların sərhədi necə vardısa, elə də qalır.

Yeri gəlmişkən, Rusiya və Qazaxıstan sektorlarının sərhədi də əvvəlki kimi qalır. Baxmayaraq ki, Qazaxıstanın payı 29 faizdir.

Sağ olun.

X X X

Azərbaycan Prezidenti Heydər Əliyevi Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Rusiyanın ölkəmizdəki səfiri Nikolay Ryabov və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib