AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYAYA İŞGÜZAR SƏFƏRİ
BERLİN HAVA LİMANINDA QARŞILANMA
Berlin, 4 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə fevralın 4-də Almaniyaya işgüzar səfərə gəlmişdir.
Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin “Tegel” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı İlham Əliyevi Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşıladılar.
######
