AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ–ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Çox səmimi məktubunuza və “Əsrin müqaviləsi”nin 10-cu ildönümü ilə bağlı Bakıya səfər etmək barədə dəvətinizə görə minnətdaram.
Azərbaycan Sizin beynəlxalq əməkdaşlıq sahəsində uğurlu siyasətinizlə və bunun ölkənizə verdiyi iqtisadi fayda ilə fəxr edə bilər. Əfsuslar olsun ki, hələ uzun müddət bundan öncə Meksikaya səfərimlə bağlı götürdüyüm öhdəlik bu əlamətdar hadisəni Sizinlə birlikdə qeyd etməyə imkan vermir.
Mən həmişə atanızla müzakirələr aparılması üçün yaranmış imkanları əldən qaçırmamağa çalışmışam və ümid edirəm ki, Sizinlə bu ənənələri davam etdirəcəyik.
Ən səmimi arzularla,
Henri Kissincer
15 sentyabr 2004-cü il.