AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ölkənizin milli bayramı münasibətilə şəxsən Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, tərəqqi və uğurlar arzulayıram.
Hər şeydən əvvəl, mən Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Minsk qrupunun himayəsi ilə aparılan danışıqların tezliklə uğurla başa çatmasını arzu edirəm. Rusiya və Amerika Birləşmiş Ştatları kimi, Fransa da tənzimlənmiş həll yoluna doğru irəliləyiş olması üçün öz səylərini əsirgəmir və mən Sizi uzun müddətdən bəri ölkənizin inkişafına və bütün regionda sabitliyə maneçilik törədən bu münaqişənin sülh yolu ilə həllinin tapılması üçün Sizə verilmiş müstəsna məqsədyönlü imkanı əldən verməməyə ürəkdən çağırıram.
Mən, eləcə də, Sizin ölkənizlə Avropa İttifaqı arasındakı əlaqələrin
dərinləşməsini arzu edirəm. Yeni qonşuluq siyasəti çərçivəsindəki fəaliyyət planı bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə imkan verəcəkdir ki, bu da Azərbaycanda hüquqi dövlət prinsiplərinə əsaslanmış demokratik və şəffaf bir sistemin möhkəmlənməsində Avropa İttifaqının dəstəyinin ifadəsini təşkil edir.
Möhtərəm cənab Prezident, Sizə çox yüksək hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz.
Jak Şirak
Fransa Respublikasının Prezidenti