AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Pakistan dövləti, xalqı adından və şəxsən öz adımdan Zati-alilərinizə, ölkənizə və Azərbaycan xalqına böyük məmnuniyyətlə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Pakistan Azərbaycanla olan yaxın dostluq münasibətlərini yüksək qiymətləndirir. Əminəm ki, eyni imana mənsub olmağımız, birgə tariximiz və mədəni yaxınlığımız gələcəkdə də ikitərəfli münasibətlərimizin inkişafına xidmət edəcəkdir.
Bir daha fürsətdən istifadə edərək, Zati-alilərinizə cansağlığı və səadət, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.
General Pərviz Müşərrəf
Pakistan İslam Respublikasının Prezidenti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]