AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Qayana hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan Sizi, Azərbaycan hökumətini və xalqını ölkənizin milli bayramı münasibətilə təbrik edirəm.
Qayana Azərbaycanla dünyada sosial ədalətin və sülhün bərqərar olması üçün səylərini birləşdirərək, əməkdaşlıq etmək əzmindədir.
Zati-aliləri, ən yüksək ehtiramımı və Azərbaycanınızın davamlı tərəqqisi naminə ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Bharrat Caqdeo
Qayana Kooperativ Respublikasının Prezidenti