RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycanın milli bayramı – Respublika günü münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, ölkələrimizin xalqları arasında yaranmış dostluq və əməkdaşlıq beynəlxalq münasibətlərin bütün istiqamətlərində Moldova ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin konstruktiv tərəfdaşlıq ruhunda genişlənməsi üçün bundan sonra da etibarlı əsas olacaqdır.
Həmçinin əmin olduğumu bildirirəm ki, biz müəyyən edilmiş məqsədlərin və son görüşlərimiz zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsinə birgə səylərlə və qarşılıqlı dəstək sayəsində nail olacağıq.
İlham Heydər oğlu, səmimi qəlbdən Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövlət vəzifəsində yeni-yeni uğurlar, bütün Azərbaycan xalqına isə sülh, həmrəylik və tərəqqi arzulayıram.
Hörmətlə,
Vladimir Voronin
Moldova Respublikasının Prezidenti