Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü
Soçi, 23 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 23-də Soçidə, “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olmuşdur.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə edildi.
Görüşün yekunlarına dair Birgə Bəyanat qəbul olundu.