Azərbaycan şahmatçısı Avropa çempionatının liderinə yaxınlaşır
Bakı, 17 may (AZƏRTAC). Tbilisidə qadınlar arasında şahmat üzrə şəxsi Avropa çempionatının 9-cu turunun qarşılaşmaları olmuşdur.
AZƏRTAC xəbər verir ki, 9 turdan sonra Viktoriya Çmilite (Litva) 7,5 xalla liderdir. Ketevan Araxamiya-Qrant (Şotlandiya), Yekaterina Laqno (Ukrayna) və Antoaneta Stefanova (Bolqarıstan) liderdən yarım xal geri qalırlar.
Azərbaycan şahmatçısı Xəyalə Abdulla 6 xal toplamış idmançılar sırasındadır. Azərbaycanın digər təmsilçiləri Nərmin Kazımova, Səbinə İbrahimova, Xəyalə İsgəndərovanın hərəyə 5, Zeynəb və Türkan Məmmədyarova bacılarının, habelə Gülnar Məmmədovanın hərəyə 3,5, Aysel Məmmədova, Turan Əsgərovanın hərəyə 3, Səbinə Quliyevanın 2,5, Nərmin Soyunlunun 1,5 xalı vardır.
Qitə birinciliyinin onuncu turunda X.Abdulla-Nino Kurtsidze (Gürcüstan), X.İsgəndərova-Baira Kovanova (Rusiya), N.Kazımova-İnqa Çarkalaşvili (Gürcüstan), S.İbrahimova-Juliya Koçetkova (Slovakiya) və digər cütlüklərin qarşılaşmaları olacaqdır.
Çempionatın mükafat fondu 110 min avrodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]