İDMAN
Azərbaycan şahmatçısı Firdovsi Kuboku yarışlarının liderləri arasındadır
Bakı, 15 fevral, AZƏRTAC
İranın Məşhəd şəhərində şahmat üzrə VII Firdovsi Kuboku yarışlarının 3-cü turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq yarışda 18 ölkədən 324 şahmatçı, o cümlədən 13 qrossmeyster iştirak edir. İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Yarışda Azərbaycanı beynəlxalq dərəcəli şahmat ustası Loğman Quliyev təmsil edir.
Üç turdan sonra hərəyə 3 xal toplayan 32 oyunçu, o cümlədən Loğman Quliyev liderlik edirlər. Azərbaycan şahmatçısı növbə ilə yerli şahmatçılar Reza Abdollahisaber, Mehdi Binai Tavallayei və Hivi Şahroh üzərində qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]