AZƏRBAYCAN SƏFİRİ KOREYA ŞİRKƏTİNƏ ETİRAZINI BİLDİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bununla bağlı Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov Koreya şirkətinin baş direktoru Xan Enq Sanqu ilə görüşərək, ona Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat vermiş, şirkətin bu addımının yolverilməz olduğunu bildirmişdir.
A.Əzimbəyov Koreya Respublikasının Özbəkistandakı səfiri Kim San Xvan və Özbəkistan xarici işlər nazirinin müavini İlham Nemətovla da görüşmüş, onlara Azərbaycanın mövqeyini əks etdirən rəsmi məktub təqdim etmişdir.
Xarici İşlər Nazirliyinə verilən məktubda deyilir: Azərbaycan Respublikası “DAEWOO-UNİTEL” və “Karabax-Telekom” şirkətləri arasında əməkdaşlığı Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirir və Özbəkistan Respublikasından xahiş edir ki, “DAEWOO-UNİTEL”in “Karabax-Telekom”la qanunsuz əməkdaşlıq fəaliyyətinə son qoyulması üçün tədbirlər görsün.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 1 oktyabr
- 01.10.2026 [11:13]