İQTİSADİYYAT
Azərbaycan şirkətləri Çexiyada beynəlxalq sərgidə iştirak ediblər
Bakı, 15 may, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin təşkilatçılığı ilə Brno şəhərində Çexiyanın ən böyük sərgilərindən olan 11-ci beynəlxalq "Paslanmaz polad" ("The International Stainless Steel Fair") sərgisi keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, sərgidə polad və polad məmulatlarının, o cümlədən rəngli metallardan hazırlanan məhsulların istehsalında ixtisaslaşan Azərbaycanın 8 şirkəti "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirak edib.
Qeyd edək ki, sərgi 2009-cu ildən bəri iki ildən bir təşkil olunur. Builki tədbirə Mərkəzi və Şərqi Avropa ölkələrindən, xüsusən də Almaniya, Çexiya, Polşa və Macarıstandan olan aparıcı polad istehsalçıları, həmçinin distribüter şirkətlər də daxil olmaqla, 100-dən çox iştirakçı qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]