İQTİSADİYYAT
Azərbaycan startap və qurumları beynəlxalq müsabiqədə qalib olub
![Azərbaycan startap və qurumları beynəlxalq müsabiqədə qalib olub](/files/2023/3/1200x630/1698826065174224139_1200x630.jpg)
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan startap və qurumları beynəlxalq “Uzakrota Travel Awards 2023”ün qalibi olub.
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən “Uzakrota Summit Baku” tədbirində öncədən keçirilmiş səsvermə əsasında Azərbaycan üç nominasiya üzrə qalib seçilib. “World’s Leading B2B Outgoing Tour Operator” nominasiyasında tədbirdə ölkəmizi təmsil edən “PASHA Travel”, “World’s Leading Hotel Association” nominasiyası üzrə Azərbaycan Hotellər Assosiasiyası, “World’s Leading Travel Payment Platform” nominasiyası üzrə isə həmtəsisçisi azərbaycanlı olan “WeTravel” startapı qalib elan olunub.
Qeyd edək ki, qaliblərə mükafatlar noyabrın 24-də İstanbulda keçiriləcək “Uzakrota Travel Awards” çərçivəsində təqdim olunacaq.