AZƏRBAYCAN TAEKVONDOÇUSU ELNUR AMANOV AVROPA ÇEMPİONU OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan taekvondoçusu Elnur Amanov Romada keçirilən Avropa çempionatının qızıl medalına layiq görülmüşdür.
Ardıcıl olaraq, Rumıniya, İtaliya, Serbiya, Böyük Britaniya və Almaniyadan olan idmançılara qalib gələn Azərbaycan idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Qadınlar arasında isə Şəhrun Yusifova (47 kq) dörddəbir finala qədər irəliləyə bilmişdir.
Yarışların ikinci günü isə Rövşən Məmmədov (62 kq) ilk görüşdə Finlandiya təmsilçisi Yusif Şimal üzərində qələbə qazanaraq səkkizdəbir final mərhələsinə yüksəlmişdir.
Yığma komandamızın heyətində Təvəggül Bayramov (84 kq), Leyla Yusubova (51 kq), Vüqar Kərimov (54 kq) və Yelena Abbasova (67 kq) çıxışlarını başa vurmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:35]
“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub
- 05.06.2026 [16:16]
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]