Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan təkcə özünə güvənərək, zamanın tələbləri dalğasında qalır – ŞƏRH

Azərbaycan təkcə özünə güvənərək, zamanın tələbləri dalğasında qalır – ŞƏRH

Bakı, 12 yanvar, N.Məmmədova, AZƏRTAC

Dövlətimizin başçısının yanvarın 30-da yerli televiziya kanallarına müsahibəsinin əsas məğzi ondan ibarətdir ki, Azərbaycan təkcə özünə güvənərək, zamanın tələbləri dalğasında qalıb və indi də qalmaqdadır. Çünki biz həm ərazilərimizin erməni işğalından azad edilməsi zamanı, həm də postmünaqişə dövründə - dağıdılmış şəhər və rayonların bərpası prosesində öz gücümüzü və imkanlarımızı nümayiş etdirdik, habelə gələcək üçün zəmin hazırlayırıq. Söhbət “yaşıl” enerjidən, müasir şəraitdə alternativ enerji mənbələrindən istifadədən gedir.

Bu fikirləri Prezident İlham Əliyevin yanvarın 10-da verdiyi geniş müsahibəni şərh edən siyasi icmalçı Tofiq Abbasov AZƏRTAC-la bölüşüb.

Agentliyin müsahibi qeyd edib: “Prezidentin ilin əvvəlində yerli televiziya kanallarının nümayəndələrinə müsahibə verməsi, ölkəmizin həyat fəaliyyətinin bütün əsas sahələrini əhatə etməsi, uğurlardan və problemlərdən danışması xoş bir ənənəyə çevrilib. Bu il də istisna olmadı. Yanvarın ilk dekadasının sonunda Prezident televiziya kanallarının nümayəndələrinə vaxt ayırdı və bir daha xatırlatdı ki, biz çox uğurlu, çox əlamətdar, düşərli il keçirmişik. Bu il respublikamızın və xalqımızın tarixində Qələbə ili kimi qalacaq. Biz ərazi bütövlüyümüzü tam təmin etmişik, inamlı zəfər qazanmışıq, təkcə Ermənistana deyil, həm də onun çoxsaylı havadarlarına, ilhamvericilərinə və tərəfdarlarına heç bir şans buraxmamışıq. Onlar Azərbaycanı qaralamaq istəyir, bizim haqqımızda yalan məlumatlar yayır, guya işğalçı olduğumuzu bəyan edirlər. Halbuki, Azərbaycan heç vaxt özünü hansısa işğalçı məqsədlər və ya düşüncələrdə ittiham etmək üçün heç bir səbəb verməyib”.

Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycan təkcə respublikanın özü və Azərbaycan xalqı üçün deyil, həm də zülmə, təzyiqə, imperiya güclərinin təsirinə məruz qalan digər ölkələr və xalqlar üçün də böyük irəliləyişlərə nail olub. Ekspert vurğulayıb: “Bu kontekstdə neokolonialist cəhdlərin ən “parlaq” təcəssümü Fransadır və Prezident İlham Əliyev öz müsahibəsində Parisin dəfələrlə Bakıya problemlər yaratmaq cəhdlərindən, BMT Təhlükəsizlik Şurasında Azərbaycan xalqının özünün işğal olunmuş ərazilərini azad etmək uğrunda ədalətli mübarizəsini pisləyən qətnamə qəbul etdirməyə çalışmasından, əksinə, qorxunc cinayətlər törədən və indi də Azərbaycana və xalqımıza qarşı onları törətməyə cəhd edən Ermənistanın təmizə çıxarılması səylərindən danışıb. Prezidentin öz müsahibəsində qeyd etdiyi kimi, bütün bu cəhdlər əbəsdir və bizim gücümüz haqlı olmağımız, heç bir səhvə və yanlış hərəkətə yol verməməyimizdədir. Bunun nəticəsində kimsə bizə qarşı hər hansı hesab tələb edə və ölkəmizi ittiham edə bilməz. Əksinə, Azərbaycan istisnasız olaraq beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edib, ölkəmiz öz inkişafını təmin etməklə yanaşı, region üçün də əlverişli şərait yaradır”.

Siyasi icmalçı bununla bağlı qeyd edib ki, “3+3” qarşılıqlı fəaliyyət formatının təşəbbüskarının məhz Prezident İlham Əliyev olması heç də təsadüfi deyil. Dövlətimizin başçısı zəruri hesab edir ki, regionumuzda olan bütün problemlər burada fiziki iştirakı olan ölkələrin səyləri və gücü ilə həll olunsun. Xarici güclər isə, yad proseslərə əngəl olmaq, qarışıqlıq yaratmaq və ümumi vəziyyəti xaosa çevirmək istəyirlər.

T.Abbasov hələ də açıq qalan məsələlərə diqqəti çəkərək deyib: “Prezident öz müsahibəsində Fransanın hazırkı şəraitdə oynadığı destruktiv rola mühüm yer ayırıb. Bəli, bu, fransız xalqının təqsiri deyil. Hərçənd, onlar Makronu və onun komandasını ölkəyə rəhbərlik etmək üçün seçiblər, amma rəsmi Parisin etdiyi bütün səhvlərə görə məsuliyyət dövlətin birinci şəxsi kimi məhz Emmanuel Makronun üzərinə düşür. Beşinci respublikanın prezidenti Azərbaycana münasibətdə öz səhvlərini etiraf etmək istəmir, həmçinin uğursuz oyunu ilə təhlükə yaradaraq erməni radikalizmini və milliyyətçiliyini təmizə çıxarmağa çalışır. O gizlətmir ki, öz daxili siyasətində məhz erməni seqmentinə arxalanır. Azərbaycan isə qətiyyətlə öz maraqlarını müdafiə edir və kənardan daxili işlərinə müdaxiləyə imkan vermir. Dövlətimizin başçısı auditoriyanın diqqətini ona yönəltdi ki, Azərbaycanda “casusluq” qalmaqalından sonra köməksizlik və çarəsizlik hiss edən Paris bütün dünyaya hay-küy saldı, Fransanın müəyyən siyasi dairələri Azərbaycana qarşı sanksiya siyasətini qanunverici orqanlarda, beynəlxalq strukturlarda yaymağa çalışırlar. Bunun səbəbi nədir? Məgər Azərbaycan haqsızdır? O, kimin hüquqlarını pozub?”

Ermənistanın xarici güclərin dəstəyini qazanmaq cəhdi haqqında danışan politoloq qeyd edib ki, Fransa ilə yanaşı iki-üç ölkə də erməni radikalizmi və milliyyətçiliyinə dəstək verir. Eyni zamanda, beynəlxalq ictimaiyyətin böyük bir hissəsi Azərbaycanı həmişə sağlam məntiq orbitində yerləşən və beynəlxalq mühitdə təhlükəsizlik çalarlarının güclənməsinə töhfələr verən ölkə kimi tanıyır.

Siyasi icmalçı bildirib: “Prezidentin, həmçinin bizə dost olan bir çox dövlətlərin nümayəndələrindən ibarət Bakı Təşəbbüs Qrupun fəaliyyətinə toxunması heç də təsadüfi deyil. Bu təşəbbüsü Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində atdığı uğurlu addımlar kontekstində qiymətləndirmək lazımdır. Azərbaycan elə bir qrup yaradıb ki, o, köhnə metropoliyalar metodikasının artıq işə yaramadığı barədə hər kəsin eşidəcəyi gur səslə bəyanatlar verir”.

Prezidentin toxunduğu daha bir mühüm məsələ Böyük Qayıdış Proqramıdır.

Ekspert qeyd edir: “Prezident tikinti-bərpa işlərinin hansı ardıcıllıqla davam etməsindən danışdı, həmçinin Azərbaycanın müvafiq şəkildə həll etdiyi içməli su probleminə də diqqət yetirdi. O, ermənilərin işğal siyasəti dövründə çirkləndirdiyi Sərsəng və digər su anbarlarından bəhs etdi. Dövlət başçısı, ilk növbədə, Azərbaycanın özəl biznesini ərazilərimizin bərpasında fəal olmağa çağırdı və digər tərəfdən, Bakı, Sumqayıt, başqa şəhər və rayonlardan olan vətəndaşlarımızı bu prosesə töhfə verməyə dəvət etdi. Müsahibənin bu fraqmenti, əlbəttə, böyük diqqətə layiqdir, ölkənin lideri kimi İlham Əliyevin çağırışı eşidilməlidir”.

2023-cü ilin Azərbaycan üçün dönüş ili olduğunu bir daha vurğulayan T.Abbasov bildirib ki, Prezidentin yerli telekanallana müsahibəsi bizim qarşıya qoyduğumuz məqsədlərə nail olduğumuz, ən başlıcası gələcəkdə hər hansı böhranın olmaması üçün zəmin yaratdığımız 20-dən çox məsələni ehtiva edirdi. Agentliyin müsahibi hesab edir: “Əlbəttə, bu, bütün Azərbaycan vətəndaşlarına, hətta ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımıza edilən çağırışdır. Vəzifələr, istiqamətlər çoxdur və bütün bu istiqamətlər üzrə fəal mövqe nümayiş etdirən Prezident hazırkı şəraitdə insan amilinin necə həlledici rol oynadığını göstərir. Ən başlıcası, Prezidentimiz vəd verən insanın məsuliyyətlə çalışaraq öz vədlərini yerinə yetirməsinin, yəni, onun sözü ilə əməlinin həmişə uyğun gəlməsinin parlaq nümunəsini nümayiş etdirir. Bütün müasirlərimiz məhz bu mövqe ilə silahlanmalıdır. Şübhəsiz ki, biz illüziyalardan uzağıq, hələ ki, məsuliyyətli yanaşma tələb edən çoxlu problemlər var. Xüsusən, Ermənistan ilə sülh sazişinin imzalanması hələ ki, alınmır. Bu ölkə Azərbaycanın nümunəsini, yəni məsuliyyətli yanaşmasını, metodların ifadə edilməsində konkretliyi, qarşıya qoyulan vəzifələri həyata keçirilməsinə nail olunmasında əminliyi örnək almalıdır”.

Siyasi icmalçı əmin olduğunu bildirib ki, iqtisadiyyatın inkişafı kursu öz qüvvəsində qalacaq, çünki cəmiyyətimizin sosial tonusu məhz bu amildən asılıdır.

Ekspert yekunda deyib: “Prezident İlham Əliyevin səyləri ilə 2018-ci ildən əhalinin həssas təbəqələrinin dəstəklənməsini nəzərdə tutan bir neçə iri investisiya layihəsi həyata keçirilir. İqtisadi artım ümumilikdə sosial rıçaqların fəaliyyətində çox böyük rola malikdir. Bu kontekstdə Azərbaycan hamı üçün, o cümlədən çalxalanan və həmişə xaricdən yardım gözləyən qonşu Ermənistan üçün də yaxşı model təklif edir. Bildiyimiz kimi, Ermənistan öz büdcəsində xaricdən - diaspordan maliyyə resurslarının cəlb olunduğunu ayrıca bir bölməyə daxil edən yeganə ölkədir. Prezident İlham Əliyev öz müsahibəsində bir daha xatırlatdı ki, gördüyümüz bütün işlər öz resurslarımız hesabına həyata keçirilir. Qazaxıstan və Özbəkistanın Qarabağda inşa etdiyi iki məktəb istisna olmaqla, qalan bütün layihələr bizim özümüz tərəfindən yerinə yetirilir, yəni, bizə donorlar lazım deyil. Bəli, arzu edənlər varsa, qoy onlar öz qabiliyyətlərini, iştirakını nümayiş etdirsin, amma biz Ermənistan kimi dənizdən səmt küləyinin əsməsini gözləmirik, əksinə, həmişə yüksəkdə olmağa çalışırıq. Çünki özümüzə, öz gücümüzə inanırıq və bununla bağlı şübhəsiz ki, dünya ictimaiyyətinin diqqətini cəlb edə bilərik. Təsadüfi deyil ki, son illər tərəfdaşlarımızın sıraları xeyli genişlənib və bu, bizi sevindirir. Tərəfdaşlarımızla, müttəfiqlərimizlə birlikdə həll olunmamış problemlərin aradan qaldırılması üçün öz şərtlərimizi və imkanlarımızı tətbiq etməyə həmişə hazırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH