Azərbaycan Texniki Universiteti Sankt-Peterburq Biznes və İnnovasiyalar İnstitutu ilə əməkdaşlığa başlayır
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) və Sankt-Peterburq Biznes və İnnovasiyalar İnstitutu arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Sankt-Peterburq Biznes və İnnovasiyalar İnstitutunun rektoru Valeri Pilyavski imzalayıblar.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, müqavilədə tərəflərin birgə elmi-praktik seminar və konfranslar keçirməsi, həmçinin distant təhsil və elektron təlimlər üçün metodiki dərs vəsaitləri hazırlaması, qabaqcıl innovativ texnologiyalar üzrə təcrübə mübadiləsi aparması, elmi, elmi-metodiki məqalə, monoqrafiya nəşr etməsi qeyd olunub.