Azərbaycan Texniki Universitetində qanvermə aksiyası keçirilib
Bakı, 9 mart, AZƏRTAC
Dövlətimizin başçısının 2008-ci il 7 aprel tarixli Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə “Qızıl Aypara Günü” kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Texniki Universitetində (AzTU) bu münasibətlə könüllü qanvermə aksiyası keçirilib. Aksiyada AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov da iştirak ediblər.
Müəllim və tələbələrinin qatıldığı aksiyada toplanan qan ehtiyatı müvafiq səhiyyə təşkilatlarına, xəstəxana və hərbi hospitallara göndərilib.