CƏMİYYƏT
Azərbaycan Tibb Universiteti dörd tələbəsini Türkiyəyə göndərir







Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) tibb bacısı ixtisası üzrə təhsil alan dörd tələbə universitet xətti ilə payız semestri üçün Türkiyəyə praktikaya göndərilir. “Orhun” mübadilə proqramı çərçivəsində 4 tələbə payız semestrini Türkiyənin Ege və Qazi universitetlərində keçirəcək.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tələbələr və onların valideynləri ilə görüşən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Avropada, Türkiyədə, dünyanın inkişaf etmiş ölkələrində həmin ixtisasa böyük önəm verildiyini bildirib.
Rektorun sözlərinə görə, bu il tibb bacısı ixtisası üçün magistratura master proqramı da hazırlanıb.
Görüşdə iştirak edən valideynlər tələbələr üçün yaradılan bu imkana görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Orhun” mübadilə proqramı Türk Universitetləri Birliyinə üzv olan təhsil müəssisələri arasında həyata keçirilir. ATU həmin təşkilatın qurucularından biri və üzvüdür.
Xatırladaq ki, tibb bacısı ixtisası ATU-nun İctimai səhiyyə fakültəsinin tərkibində yaradılıb.