Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN REKTORU ƏHLİMAN ƏMİRASLANOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Çox hörmətli Mehriban xanım!

Çox hörmətli professor-müəllim heyəti, tələbələr!

Ölkəmizin ən qocaman ali təhsil müəssisələrindən biri olan

Tibb Universiteti bu gün tarixinin ən əlamətdar günlərindən birini yaşayır. Ulu öndərin siyasətinin layiqli davamçısı, Zati-aliləri möhtərəm cənab Prezident İlham Əliyev, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu gün universitetimizə qonaq gəliblər və çoxprofilli klinikanın təməlqoyma mərasimində iştirak edirlər.

İcazə verin, Tibb Universitetinin professor-müəllimləri və tələbələri adından möhtərəm Prezident, Sizi, Mehriban xanım, Sizi səmimi qəlbdən salamlayım və “Universitetimizə xoş gəlmisiniz!” deyim.

Universitetimizin əsas binalarının yerləşdiyi tibb şəhərciyinin yaranması ideyası 1930-cu illərdə bu ali məktəbə rəhbərlik etmiş, onun qurulmasında böyük xidmətlər göstərmiş, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevə məxsusdur və şəhərciyin ilk təməl daşını da o, qoymuşdur.

Universitetimizin inkişafının böyük bir dövrü ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Universitet binalarının tam əksəriyyəti, idman, yataqxana kompleksləri, elmi tədqiqat mərkəzinin və s. inşa edilib istifadəyə verilməsi və müasir avadanlıqla təchiz olunması ulu öndərimizin xidmətləridir. O, universitetin kadr potensialının formalaşmasında da çox böyük işlər görmüşdür. 1970-1980-ci illərdə ulu öndərimizin göstərişi ilə ən istedadlı, ən qabiliyyətli gənc mütəxəssislər keçmiş SSRİ-nin böyük, tanınmış elmi-tibbi mərkəzlərinə göndərilir, onlar yüksək ixtisaslı mütəxəssis, alim kimi Azərbaycana dönüb və indi də xalqımıza xidmət edirlər. Məhz o dövrdə aparılan uzaqgörən müdrik siyasətin nəticəsidir ki, indi Azərbaycanda, Azərbaycan Tibb Universitetində kadr qıtlığı hiss olunmur. Tam məmnuniyyətlə demək olar ki, Tibb Universitetinin bütün kafedralarına rəhbərlik edən akademiklər, professorlar o dövrdə yetişmiş mütəxəssislər, o dövrdə hazırlanmış kadrlardır.

Böyük qürur hissi ilə demək istəyirik ki, ulu öndərimiz 1993-cü ildə xalqın təkidli dəvəti ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldikdən sonra iki dəfə Azərbaycan Tibb Universitetində olmuşdur. Qarşısında dayandığımız 11 mərtəbəli bu yeni tədris binasının inşa edilib istifadəyə verilməsi də məhz ulu öndərimizin qayğısı sayəsində mümkün olmuşdur. 1998-ci ildə yeni tədris binasının istifadəyə verilməsi mərasiminə ulu öndərimizi dəvət etdik. O, böyük məmnuniyyətlə bu mərasimə gəldi, məhz bu yerdə universitetin kollektivi qarşısında geniş nitq söylədi. Biz fəxr edirik ki, ulu öndərimiz o vaxt Tibb Universitetinin fəaliyyətinə çox yüksək qiymət verdi, dedi ki, şəhərin müxtəlif yerlərində yerləşən klinik kafedraları da bu şəhərciyə yığmaq məqsədəuyğun olardı. İndi ulu öndərimizin tövsiyələri reallaşır.

Əziz dostlar, hörmətli mərasim iştirakçıları, bu gözəl ənənələr bu gün də davam edir. Zati-aliləri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı sayəsində ölkəmizin bütün regionlarında məktəblər, səhiyyə ocaqları, idman kompleksləri inşa edilib xalqın istifadəsinə verilir. Bu gün cənab İlham Əliyevin universitetimizin çoxprofilli klinikasının təməlqoyma mərasimində iştirakı da təkcə Tibb Universitetinin kollektivinə deyil, bütövlükdə təhsilimizə, səhiyyəmizə, elmimizə olan qayğının nümunəsidir.

Hörmətli mərasim iştirakçıları, bu gözəl ənənə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən də davam etdirilir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı məhz Mehriban xanımın təşəbbüsü ilə hazırlanıb həyata keçirilir və onun gözəl nəticələrini hamımız görürük. Səhiyyəmizin, təhsilimizin, elmimizin, mədəniyyətimizin inkişafında da Mehriban xanımın böyük xidmətləri var.

Möhtərəm cənab Prezident, biz bir müddət əvvəl universitetimizdə şəhərin müxtəlif rayonlarında yerləşən klinik kafedraların bir yerə toplanması barədə təşəbbüs qaldırdıq. Bu, onunla əlaqədar idi ki, tələbələrimizin şəhərin müxtəlif qütblərində yerləşən kafedralara gedib-gəlmələri çox çətinlik törədirdi. Əgər küçələrdəki tıxacları da nəzərə alsaq, bu məsələnin nə dərəcədə ciddi olduğunu görərik. Biz bu problemi nəzərə alaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə müraciət etdik. O, tez bir zamanda bu müraciətlə maraqlandı və qısa bir müddətdə, 2007-ci il sentyabrın 11-də Sərəncam imzalandı. Bu Sərəncamla Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris klinikasının tikintisi və avadanlıqla təchizi üçün böyük vəsait ayrıldı.

Möhtərəm Prezident, sözün düzü, biz tikintiyə bu il başlaya biləcəyimizə inanmırdıq. Sizin qayğınız, səyiniz nəticəsində Prezidentin Ehtiyat Fondundan ayrılmış 3 milyon manat vəsait hesabına artıq bu gün bu klinikanın təməli qoyuldu. İcazə verin, bu diqqət və qayğıya görə bir daha universitet kollektivi adından Sizə öz dərin təşəkkürümüzü və səmimi minnətdarlığımızı bildirək.

Hörmətli mərasim iştirakçıları, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fədakar əməyi və uzaqgörən siyasəti nəticəsində indi Azərbaycanda bütün sahələrdə böyük yüksəliş var və respublikamız regionun lider ölkəsinə çevrilibdir. Biz hesab edirik ki, möhtərəm cənab İlham Əliyevin apardığı həm xarici, həm daxili siyasət düzgün, uzaqgörən siyasətdir və Tibb Universitetinin kollektivi bunu ürəkdən bəyənir.

Möhtərəm cənab İlham Əliyev, Sizin kimi Prezidentlə biz özümüzü son dərəcə güclü və inamlı hiss edirik, müstəqil, demokratik Azərbaycanın vətəndaşı olmağımızdan böyük qürur hissi keçiririk. Tibb Universiteti bütün dövrlərdə dövlətçiliyimizin qayğısına qalan, ona dayaq olan bir kollektiv olub və bu gün də belədir. Əmin ola bilərsiniz ki, kollektivimiz bütün işlərinizdə həmişə Sizinlə birlikdə olacaq, Sizin bütün fəaliyyətinizi, siyasətinizi dəstəkləyəcəkdir.

Möhtərəm Prezident, Sizə Azərbaycanın xoş, gözəl gələcəyi naminə uzun ömür, möhkəm cansağlığı və gələcək bütün işlərinizdə böyük müvəffəqiyyətlər arzu edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub