Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN TƏDRİS-TERAPEVTİK KLİNİKASININ TƏMƏLQOYMA MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz tələbələr, əziz müəllimlər,

Əziz həkimlər, əziz dostlar!

Bu gün Azərbaycan Tibb Universitetinin həyatında çox əlamətdar bir gündür. Bu gün biz birlikdə yeni tədris-terapevtik korpusunun təməl daşını qoyduq. Əminəm ki, nəzərdə tutduğumuz vaxtda bu gözəl bina inşa ediləcək və istifadəyə veriləcəkdir. Əhliman müəllimin qeyd etdiyi kimi, bir müddət bundan əvvəl mənə müraciət daxil olmuşdu ki, terapevtik korpusun, klinikanın tikintisinə böyük ehtiyac var. Ancaq 2007-ci ilin büdcəsində bu məqsədlər üçün vəsait nəzərdə tutulmamışdır. Məhz buna görə mən öz Sərəncamımla Prezidentin Ehtiyat Fondundan bu ilin sonuna qədər 3 milyon manat ayrılmasına dair göstəriş vermişəm və əminəm ki, ilin sonuna qədər müəyyən işlər görüləcəkdir. Biz 2008-ci ili də gözləyə bilərdik, yəni çox vaxt qalmayıb. Ancaq mən bilirdim ki, bu klinikanın yaradılmasına çox böyük ehtiyac var və istəmirdim ki, hətta bir neçə ayı itirək. Mən əminəm ki, klinika ən yüksək dünya standartlarına cavab verəcək, burada çox gözəl müalicə imkanları yaranacaqdır. Tələbələr üçün çox gözəl imkanlar yaranacaqdır. Tələbələr bu şəhərcikdə oxuyacaqlar, öz biliklərini artıracaqlar. Beləliklə, oxumaq üçün daha da yaxşı imkanlar yaranacaqdır. Bununla bərabər, ölkəmizdə yeni müasir klinikanın yaranması da çox böyük əhəmiyyətə malik hadisədir.

Bildiyiniz kimi, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilir. İndi Azərbaycanda həm regionlarda, həm də Bakıda yeni gözəl tibb müəssisələri yaranır. Bakının ən iri tibb müəssisəsi olan Klinik Tibbi Mərkəz əsaslı təmir olunur, faktik olaraq, yenidən qurulur, ən yüksək dünya standartlarına cavab verəcəkdir. Tikintisi 20 il yarımçıq qalmış Milli Onkoloji Mərkəzdə yeni korpus inşa olunub və əminəm ki, gələn il biz onun açılışında iştirak edəcəyik. Elmi Tədqiqat Oftalmologiya İnstitutunun yeni binası tikilir. O da ən yüksək dünya səviyyəsində olacaqdır. Travmatologiya İnstitutunun yeni inzibati korpusunun tikintisinə bu ilin sonuna qədər başlanmalıdır. Bir müddət bundan əvvəl yenə də mənə daxil olan müraciətə əsasən, Respublika Uroloji Xəstəxanasında böyrəkköçürmə mərkəzi tikiləcəkdir. Bu məqsədlər üçün də yaxın zamanlarda vəsait ayrılacaqdır. Böyrəkköçürmə Mərkəzinin yaradılması ilə yanaşı, bütövlükdə Uroloji Xəstəxana tamamilə yenidən qurulacaqdır.

Bu, onu göstərir ki, biz bu məsələlərə çox böyük diqqət göstəririk, bu məqsədlərə qısa müddət ərzində, çox böyük vəsait ayırırıq. Beləliklə, Azərbaycanda çox müasir səhiyyə infrastrukturu yaradılır. Bir müddət bundan əvvəl Müdafiə Nazirliyinin hospitalı istifadəyə verilibdir. O da ən yüksək standartlara cavab verir. İndi Daxili İşlər Nazirliyinin hospitalı tikilir. Yəni, bütün bunlar Azərbaycanın səhiyyə potensialını çox böyük dərəcədə artırır. Nəzərə alsaq ki, bölgələrdə də buna oxşar proseslər gedir, mən əminəm ki, yaxın zamanlarda Azərbaycanda səhiyyə infrastrukturu ən yüksək dünya səviyyəsinə çatacaqdır. İndi Dövlət Neft Şirkətinin xətti ilə Azərbaycanın bölgələrində müxtəlif yeni, müasir diaqnostika-müalicə mərkəzləri tikilir. İlkin mərhələdə müxtəlif bölgələrdə 12 mərkəzin tikintisi nəzərdə tutulubdur. Artıq onlardan ikisi - Lənkəranda və Naxçıvanda istifadəyə verilibdir. Deyə bilərəm ki, həm Lənkəranda, həm də Naxçıvanda artıq ürək əməliyyatları aparılır. Hər bir müalicə-diaqnostika mərkəzində süni böyrək aparatları quraşdırılır və hemodializ üçün imkanlar yaranır. Çünki indi insanlar müxtəlif rayonlardan Bakıya axışırlar. Həftədə 2-3 dəfə 300, 400, 500 kilometr məsafə qət edib Bakıya gəlirlər. Bu, həm böyük əziyyətdir, həm böyük xərcdir, həm də, əlbəttə ki, xəstələrin tam müalicəsi üçün imkan azdır. Yəni, biz bütün bu məsələlərə kompleks şəkildə yanaşırıq. Azərbaycanda həm regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində yeni tibb müəssisələrinin yaradılması nəzərdə tutulub, eyni zamanda, Bakının qəsəbələrinin inkişafı proqramına əsasən, bu yaxınlarda 25 tibb müəssisəsi tikiləcəkdir.

Bununla bərabər, bu il, 2007-ci ildə 50-dək tibb müəssisəsi tikilib və təmir olunubdur. Bu, çox böyük vəsait tələb edir və biz də bu vəsaiti artırırıq. Bir faktı demək kifayətdir ki, son 4 il ərzində səhiyyəyə ayrılan xərclər 5,4 dəfə artıbdır. 69 milyon manatdan 371 milyon manata çatıb və növbəti illərdə biz bu vəsaiti daha da artıracağıq. Çünki buna böyük ehtiyac var. Azərbaycanın sürətli inkişafı bizə bu imkanları verir. İldən-ilə artan büdcəmiz, ildən-ilə artan iqtisadiyyatımız bizə əlavə imkanlar yaradır. Bu imkanları, ilk növbədə, sosial məsələlərin həllinə yönəltməliyik. Təhsilə, səhiyyəyə, elmə, mədəniyyətə - bütövlükdə humanitar sahəyə. Çünki bu sahə hər bir ölkənin inkişafı üçün çox lazımdır, çox vacibdir. Bir də ki, insanlar yüksək səviyyəli tibbi xidmət almalıdırlar. Xəstəxanalar gözəl olmalıdır, hər yerdə avadanlıq müasir olmalıdır, çox gözəl şərait yaradılmalı, peşəkar kadrlar olmalıdır. Bu baxımdan Azərbaycan Tibb Universitetinin də çox böyük rolu, çox böyük xidməti var. Azərbaycanda peşəkar tibb kadrlarının yetişdirilməsi üçün burada çox böyük işlər görülür. Bildiyiniz kimi, bu yaxınlarda mənim tərəfimdən imzalanmış Sərəncama görə, ən istedadlı gənclər Prezidentin Ehtiyat Fondunun hesabına xarici ölkələrin aparıcı elm və təhsil ocaqlarına göndəriləcəklər. Orada yüksək təhsil alacaq və Vətənə qayıdıb burada gözəl işlər görəcəklər.

Bütün bu işləri görmək üçün, əlbəttə ki, iqtisadi potensial möhkəm olmalıdır. Biz də bunu yaradırıq. Bu yaxınlarda imzalanmış digər Sərəncama görə, Azərbaycanda, ilk növbədə, Bakıda təcili tibbi yardımın bütün infrastrukturu dəyişdiriləcəkdir. Xaricdən alınmış 150 yeni, müasir təcili yardım maşınları gətiriləcəkdir. Yeni rabitə sistemi quraşdırılacaq ki, əhalinin zənglərinə operativ qaydada cavab verilə bilsin. Bütün təcili tibbi yardım sistemi dərmanlarla təchiz olunacaq və beləliklə, insanlara çox gözəl xidmət göstəriləcəkdir.

Yəni, sadaladığım bütün bu işləri görmək üçün çox vaxt lazımdır. Bir şey demək kifayətdir ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, siyasi islahatlar, ulu öndərin siyasi xətti bu gün uğurla davam etdirilir və ölkəmizin iqtisadi inkişafı artdıqca, əlbəttə ki, bütün sosial məsələlər daha da tezliklə öz həllini tapacaqdır. Bir də demək istəyirəm ki, ilk növbədə səhiyyə sahəsinə çox böyük diqqət göstərilir və bundan sonra da göstəriləcəkdir. Mən bu gün çox şadam ki, biz birlikdə bu gözəl, yeni korpusun təməlini qoyduq. Şübhə etmirəm ki, bu bina yaxın zamanlarda tikilib istifadəyə veriləcək, ən yüksək standartlara cavab verəcəkdir. Ondan sonra da nə kimi müraciətlər olarsa, mən onların hamısını yerinə yetirməyə hazıram. Bu korpusun yaranma tarixi bunu əyani şəkildə göstərir. Əhliman müəllim təxminən bir ay bundan əvvəl, bəlkə də, bir az qabaq müraciət etmişdir. Qısa müddət ərzində qərar qəbul olundu, artıq təməl daşı qoyuldu. İndi Əhliman müəllim mənə deyir ki, cərrahiyyə korpusunun tikintisinə də böyük ehtiyac var. Biz bu məsələyə də baxacağıq və sizin bütün problemlərinizi həll edəcəyik. Korpusun təməl daşının qoyulması münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub