SİYASƏT
Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilan və Cəbrayıl rayonlarına səfərləri Gürcüstan mətbuatının diqqət mərkəzindədir
![](/files/galleryphoto/2022/3/1200x630/16663556071978562343_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16663556073060618574_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16663556076323664187_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666355607182898079_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666355607239621126_1200x630.jpg)
Tbilisi, 21 oktyabr, AZƏRTAC
Gürcüstanın aparıcı informasiya portalları və televiziyaları Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıl rayonlarına səfərləri, iştirak etdikləri tədbirlər və çıxışlar zamanı səsləndirdikləri fikirlərə geniş yer veriblər.
AZƏRTAC xəbər verir ki, gaxa.ge, aktual.ge, 24news.ge, interpress.ge informasiya portalları və 1.tv, maestro tv. televiziya kanallarının müxtəlif dillərdə yayımladığı materiallarda hər iki ölkə başçısının maraqlı fikirləri yer alıb.
Dövlət başçılarının Zəngilan aeroportunun açılışında, eləcə də Cəbrayılda iştirak etdikləri digər tədbirlərdə söylədikləri fikirlərə dair müxtəlif xəbərlər paylaşılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi