Azərbaycan yığması dünya kubokunda 2 qızıl, 1 gümüş medal qazanmışdır
Bakı, 9 may (AZƏRTAC). Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi başa çatmışdır.
Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu yarışda Azərbaycan yığması 2 qızıl və 1 gümüş medal qazanmışdır. Medalları ölkəmizə 2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Sergey Bezuqlıy - Maksim Prokopenko cütlüyü qazandırmışdır. Bu duet mayın 7-də olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə qızıl medalı əldə etmişdir. Mayın 8-də isə cütlük 500 metr və 200 metr məsafələrə yürüşdə mükafatçılar sırasına düşmüşdür. Onlar 500 metr məsafəni 1 dəqiqə 47,504 saniyəyə qət edərək, daha bir qızıl medala sahib olmuşlar. 200 metr məsafəyə yürüşdə isə Bezuqlıy - Prokopenko cütlüyü 40,292 saniyə nəticə ilə gümüş medalı əldə etmişdir.
Bir nəfərlik kanoe qayığı (C-1) ilə çıxış edən Valentin Demyanenko 200 metr və 500 metr, Andrey Kraytor isə 500 metr məsafəyə yürüşdə də mükafatçılar sırasına düşməyə yaxın olmuşlar. Lakin Demyanenko 2009-cu ildə Avropa və dünya çempionu olduğu 200 metr məsafəni bu dəfə 43,230 saniyə nəticə ilə 4-cü, Kraytor isə 45,832 saniyə nəticə ilə 16-cı pillədə başa vurmuşlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]