Azərbaycan yığmasının futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
Bakı, 15 yanvar, AZƏRTAC
Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində təşkil olunan tədbirdə UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Gənc futbolçu olaraq danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub.
Sonra futbolçuların sualları cavablandırılıb.