Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərinin sayı açıqlanıb – STATİSTİKA
Bakı, 7 sentyabr, AZƏRTAC
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 15 milyon 475,08 min dollar dəyərində 596 ədəd elektromobil idxalı qeydə alınıb. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22 milyon 654,81 min dollar (59,4 faiz azalma) və 584 ədəd (49,5 faiz azalma) azalma deməkdir.
AZƏRTAC xəbər verir ki, həmin dövrdə ölkəyə 80 milyon 898,7 min dollarlıq 3837 ədəd hibrid avtomobil idxal olunub. Bu da 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə müvafiq olaraq 133 milyon 355,38 min dollar (62,2 faiz azalma) və 6553 ədəd (63,1 faiz azalma) azdır.

Həmçinin 8684 ədəd “plug-in” hibrid avtomobili idxal edilib ki, bu da illik müqayisədə 10 min 884 ədəd və ya 55,6 faiz azalma deməkdir. İdxal edilən “plug-in” hibrid avtomobillərinin statistik dəyəri isə 194 milyon 116,58 min dollar və ya 50,2 faiz azalaraq 192 milyon 878,84 min dollar təşkil edib.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [13:10]
Neftin qiyməti 120 dollara yüksələ bilər - PROQNOZ
- 07.09.2026 [12:57]
® Neft işçilərinə özəl – 3 faiz endirimli, komissiyasız kredit
- 07.09.2026 [12:41]
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14,8 faiz artıb
- 07.09.2026 [11:35]
Türkiyə-Azərbaycan Biznes Şurası üzrə yeni əməkdaşlıq formatı yaradılacaq
- 07.09.2026 [11:25]
Səkkiz ayda dövlət büdcəsindən 224 milyon manat geri qaytarılıb
- 07.09.2026 [11:12]