AZƏRBAYCANA TEXNİKİ YARDIMLAR EDİLİR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a demişlər ki, Azərbaycanda Avropa Birliyinin, BMT-nin "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" Regional Yardım Proqramı və Ərəb Körfəzi dövlətlərinin AQFUND fondu tərəfindən maliyyələşən və icra edilən "Cənub sərhədlərinin möhkəmləndirilməsi" texniki yardım layihəsi uğurla həyata keçirilir. Bu layihə çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsi və qaçaqmalçılığın qarşısının alınması istiqamətində mübarizəni daha da gücləndirmək məqsədi ilə ölkəmizə bir sıra mühüm texniki yardımlar edilmişdir.