ELM VƏ TƏHSİL
Azərbaycanda ali məktəblərin nəzdində istedadlı şagirdlər üçün orta məktəblər yaradılacaqdır
Bakı, 1 yanvar (AZƏRTAC). Bakı şəhərində və ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin nəzdində istedadlı şagirdlər üçün ümumi təhsil müəssisələri yaradılacaqdır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu iş il ərzində ali təhsil müəssisələri ilə birgə aparılacaqdır. Bununla yanaşı, lisey və gimnaziyaların təmayülləri nəzərə alınmaqla, müvafiq ali məktəblərə təhkim edilməsi məsələlərinə baxılması və bununla bağlı təkliflərin hazırlanması nəzərdə tutulmuşdur.
Lisey və gimnaziyanın fəaliyyət göstərmədiyi şəhər və rayonlarda isə bu tipli təhsil müəssisələrinin yaradılması planlaşdırılır. Həmin bölgələrdə yeni lisey siniflərinin açılması da nəzərdə tutulan tədbirlərdəndir.