AZƏRBAYCANDA DEMOKRATİK İSLAHATLAR SAHƏSİNDƏ ÇOX BÖYÜK İRƏLİLƏYİŞƏ NAİL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, ABŞ dövlət katibinin müavini Con Neqro Ponte Azərbaycanın son iki ildə demokratik islahatlar sahəsində çox böyük nailiyyətlər qazandığını vurğulamışdır.
Oktyabrın 2-də “Hyatt Regensy-Naxçıvan” hotelində keçirdiyi mətbuat konfrasında qonaq demişdir ki, müstəqilliyini cəmi 17 ildir ki, bərpa etməsinə baxmayaraq Azərbaycanda demokratik islahatlar sahəsində çox böyük irəliləyişlər nəzərə çarpır. Son illərdə Azərbaycanda iqtisadi sahədə də müsbət dəyişikliklərin olduğunu söyləyən qonaq Azərbaycan hökumətinin xalqın rifahını yaxşılaşdırmaq üçün yaxşı imkan qazandığını söyləmişdir.
Regionda mövcud vəziyyətə toxunan natiq, eyni zamanda ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirərək, təhlükəsizlik sahəsində ölkəmizlə sıx əməkdaşlığın daha da genişlənməsinin tərəfdarı olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:51]
Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib
- 19.06.2026 [11:01]
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
- 18.06.2026 [19:27]