Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda göbələklərin elmi tədqiqi: yeni növlər, biotexnoloji imkanlar MÜSAHİBƏ VİDEO

Azərbaycanda göbələklərin elmi tədqiqi: yeni növlər, biotexnoloji imkanlar MÜSAHİBƏ VİDEO

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycanda göbələk müxtəlifliyinin öyrənilməsi, nadir növlərin müəyyənləşdirilməsi və onların bioloji potensialının araşdırılması istiqamətində elmi tədqiqatlar davam etdirilir. Göbələklərin yalnız təbiətdəki rolu deyil, həm də insan sağlamlığı, kənd təsərrüfatı və ekoloji texnologiyalar üçün yaratdığı imkanlar müasir elmi tədqiqatların əsas istiqamətlərindən birinə çevrilib. Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri professor Dilzarə Ağayeva AZƏRTAC-a müsahibəsində Azərbaycanda yeni göbələk növlərinin aşkarlanması, qorunmasına ehtiyacı olan növlər, göbələklərin tibbi və biotexnoloji imkanları, bu sahədə həyata keçirilən tədqiqatlar barədə danışıb. Onunla müsahibəni təqdim edirik.

-Azərbaycanda indiyədək elmə məlum olmayan yeni göbələk növləri aşkar edilibmi? Hazırda bu istiqamətdə aparılan tədqiqatlar barədə nə deyə bilərsiniz?

-Azərbaycanda göbələk tədqiqatlarının əsası ötən əsrin 30-cu illərindən qoyulub və bu istiqamətdə zəngin göbələk herbarisi yaradılıb.

Hazırda herbari fondunda 12 mindən çox nümunə saxlanılır. Bu kolleksiyaya təxminən 700 makromiset növü və 2500-dən artıq mikromiset növü daxildir. Bu zəngin elmi irs yeni toplanmış nümunələrin araşdırılmasında mühüm mənbə rolunu oynayır. Herbari materialları vasitəsilə yeni aşkar olunan növləri əvvəlki elmi məlumatlarla müqayisə etmək, onların Azərbaycan mikobiotası üçün yenilik olub-olmadığını müəyyənləşdirmək mümkündür. Eyni zamanda, bu kolleksiya illər ərzində aparılmış tədqiqatların nəticələrini qoruyaraq gələcək elmi araşdırmalar üçün qiymətli baza yaradır.

Azərbaycandan bu günə qədər elm üçün 100-dən çox yeni göbələk növü təsvir olunub. Bu növlərin böyük əksəriyyəti akademik Valeri Ulyanişev, biologiya elmləri doktoru Tofiq Axundov, Elşad Hüseynov və Adil Sadıqov tərəfindən toplanmış nümunələr əsasında təsvir edilib və əsasən ötən əsrə aiddir.

Bu əsrdə isə son 20 il ərzində laboratoriyamız tərəfindən elm üçün yeni olan 9 göbələk növü təsvir edilib. Bununla yanaşı, Azərbaycan ərazisi üçün yeni hesab edilən 60-dan artıq göbələk növü müəyyənləşdirilib. Bu nəticələr ölkəmizin göbələk müxtəlifliyi haqqında elmi biliklərin daha da genişlənməsinə və dəqiqləşdirilməsinə imkan yaradır, eyni zamanda, milli göbələk herbarisinin zənginləşməsinə mühüm töhfə verir. Hazırda bu istiqamətdə tədqiqatlarımız davam edir.

Ümumiyyətlə, göbələklər aləmi növ müxtəlifliyinə görə həşəratlardan sonra Yer üzündə ikinci ən böyük canlılar aləmi hesab olunur. Hazırda elm tərəfindən təxminən 155 min göbələk növü təsvir edilsə də, hələ öyrənilməmiş yaşayış mühitləri və ekoloji sistemlər nəzərə alınmaqla, alimlər Yer üzündə göbələklərin ümumi sayının təxminən 2,5 milyon növə çata biləcəyini ehtimal edirlər.

- Azərbaycanın “Qırmızı Kitabı”na salınması təklif olunan və ya xüsusi mühafizəyə ehtiyacı olan göbələklər varmı?

- 2013-cü ildə nəşr olunmuş “Qırmızı Kitab”ın ikinci nəşrinə 14 göbələk növü daxil edilibsə, 2023-cü ildə çap olunan üçüncü nəşrdə bu göstərici 37 növə çatdırılıb. Bu isə ölkə ərazisində göbələk müxtəlifliyinin öyrənilməsi və nadir növlərin qorunması istiqamətində aparılan tədqiqatların nəticələrini əks etdirir.

Göbələklərin təbiətdə yayılma dövrləri də müxtəlifdir. Qış, yay, yaz və payız mövsümlərində müşahidə olunan fərqli göbələk növləri mövcuddur. Bəzi göbələklər təbiətdə uzun müddət görünmələrinə baxmayaraq, onların bioloji xüsusiyyətləri və həyat formaları fərqlənir. Bəzi makrogöbələklər ağaclarla və digər bitkilərlə müxtəlif münasibətlər quraraq uzun müddət təbiətdə qala bilirlər. Bu növlər arasında mikorizal göbələklər, saprotrof poliporlar və ağacçürüdən göbələklər xüsusi yer tutur. Onlar bitkilərlə simbioz əlaqələri və ya üzvi maddələrin parçalanmasında rolu sayəsində ekosistemlərdə mühüm funksiyalar yerinə yetirirlər.

Qısamüddətli həyat dövrünə malik göbələklər əsasən müəyyən mövsümlərdə müşahidə olunsa da, uzunömürlü növlər təbiətdə daha davamlı şəkildə mövcud olur və meşə ekosistemlərinin sabitliyində mühüm rol oynayır.

- Bəzi göbələklərdən antibiotik və digər preparatların hazırlanmasında istifadə edilir. Bu istiqamətdə Azərbaycanda hansı tədqiqatlar aparılır?

-Ukraynada, Pakistanda həmkarlarla birgə apardığımız kiçik layihələr çərçivəsində – göbələklərin fizioloji xüsusiyyətləri öyrənilir. Məsələn, bu göbələklərdən “Laetiporus sulphureus”, “Fellinus igniarius” və yaxud “Pleurotus ostreatus” növünü qeyd eləmək olar ki, bu növlər hazırda doktorantlar tərəfindən araşdırılır. Biz “Laetiporus sulphureus” göbələyindən pakistanlı həmkarlarla birlikdə Azərbaycandan toplanılan nümunələr üzərində tədqiqatlar aparırıq. Döş xərçənginin müalicəsində istifadə olunan dərmanın adı “Ekzemestan”dır. Həmin dərmanın biotransformasiyası üçün istifadə yolları araşdırılıb və müəyyən əhəmiyyətli nəticələr əldə edilib ki, bu da gələcəkdə daha ətraflı öyrənmək üçün əsas rolunu oynayır.

- Laboratoriyada üzərində işlədiyiniz elə tədqiqat varmı ki, gələcəkdə praktiki nəticələr versin?

- Faktiki olaraq, biz praktiki nəticələr veririk. Bunlar daha çox yabanı təbiətlə əlaqədar olur. İsmayıllıdan başlamış Balakənədək bütün təbii şabalıd bitən ərazilərdə “Cryphonectria parasitica” göbələyi yayılıb ki, bu da şabalıd xərçəngi adı ilə məşhur bir növdür. Biz bəlkə 15 ildən də artıqdır ki, müxtəlif layihələr çərçivəsində və beynəlxalq əməkdaşlıqdan faydalanaraq göbələyin populyasiyasını, strukturunu öyrənmişik. Buna əsasən də bionəzarət agentinin Azərbaycanda tətbiqetmə imkanının olduğunu göstərmişik və sübut etmişik.

Müxbir - Tünzalə Zeyvəliyeva

Azərbaycanda göbələklərin elmi tədqiqi: yeni növlər, biotexnoloji imkanlar MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir – ŞƏRH

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Qırmızı Bazar qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

“Azərkosmos”un mühəndisləri kosmik avadanlıqların sınağı üçün yeni cihaz hazırlayıblar

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 19,8 faiz artıb

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

İqtisadçı: Proqramın mühüm nəticələri yalnız dağ-mədən sektoruna deyil, qeyri-neft sektoruna da müsbət töhfələr verəcək

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi vakansiya elan edib

Şəhid övladının uğuru: Oruc İbrahimov “Eynşteyn vizası” alıb

Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Futbol üzrə Azərbaycan millisi bu gün Tacikistanla qarşılaşacaq

“ABAD”ın yaradılmasından 10 il ötür

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır VİDEO

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Bakı metrosunda sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlər gücləndirilir VİDEO

Bakı metrosunda sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlər gücləndirilir VİDEO

® “Tamstore” Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

El-Ninonun sürətlə gücləndiyi son iki ayda ən yüksək temperatur göstəriciləri qeydə alınıb

Məişətdə baş verən zəhərlənmələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub

49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

SEPAH ABŞ-ni mümkün yeni hücumlarla bağlı xəbərdar edib

Sentyabrın 23-ü Beynəlxalq Jest Dilləri Günüdür

Bakıda 14 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yaponiyanın Baş naziri: Şimali Koreya ilə dialoqa hazırıq

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın Qeşm adası yaxınlığında partlayış olub, ölənlər var