Azərbaycanda ilk dəfə airbadminton üzrə Federasiya Kuboku keçirilib



Bakı, 6 iyul, AZƏRTAC
İlk dəfə Azərbaycan badmintonu tarixində airbadminton üzrə Federasiya Kuboku keçirilib.
Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarış qarışıq qoşa kateqoriyası üzrə açıq havada təşkil olunub. Bakı Avropa Oyunları Parkında keçirilən kubokun qalibi Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi olub. Rəvan Niftəliyev-Nigar Səmədova qoşası ikinci, Teymur Abbasov-Zülfiyyə Abbasova ilə Əli Gözəlov və Fatimə Həsənzadə isə bürünc medala layiq görülüb.
5 İyul - Ümumdünya Badminton Gününə həsr olunan Federasiya Kubokunun qalibləri diplom, medal və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, Dünya Badminton Federasiyası, Gənclər və İdman nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış iyulun 3-4-də baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2025 [18:08]
Mbappe klublararası dünya çempionatında növbəti oyunu da buraxa bilər
- 24.06.2025 [17:08]
“Sabah” klubu Namik Ələskərovla yollarını ayırıb
- 24.06.2025 [16:12]
“Neftçi”nin baş məşqçisi Çempionlar Liqasının püşkatmasını dəyərləndirib
- 24.06.2025 [15:18]
Azərbaycan Avropa çempionatında 19 cüdoçu ilə təmsil olunacaq
- 24.06.2025 [14:57]
Azərbaycan komandası Bolqarıstandakı turnirin qalibi olub
- 24.06.2025 [14:45]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
- 24.06.2025 [14:15]
“Azərreyl” kubalı voleybolçu ilə heyətini gücləndirib
- 24.06.2025 [14:07]