Azərbaycanda ilk dəfə şaquli qaçış yarışı təşkil olunacaq
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 17-də Azərbaycanda ilk dəfə şaquli qaçış yarışı təşkil olunacaq.
Azərbaycan Triatlon Federasiyasının (ATF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turnir “Çinar Plaza”da ATF-nin və “Triterra” klubunun təşkilatçılığı ilə keçiriləcək.
Turnir iştirakçıları 32 mərtəbə üzrə 660 pilləkənlə 122 metr yüksəkliyə qalxaraq yarışacaqlar.
Məlumatda bildirilib ki, şaquli qaçış hündür tikililərdə, adətən göydələnlərin daxili pilləkənlərində olur.
Qeyd edək ki, belə yarışlar tez-tez “Taipei 101” (Taypey), “Menara Tower” (Kuala Lumpur), “Willis Tower” (Çikaqo), “CN Tower” (Toronto), “Eyfel Qülləsi” (Paris), “Evrika Qülləsi” (Melburn), “Swissotel” (Sinqapur), “Tower 42” (London), “Empire State Building” (Nyu-York) də daxil olmaqla, dünyanın ən hündür göydələnlərində və qurğularında keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]