AZƏRBAYCANDA TURİZM STRATEGİYASININ YARADILMASINA DAİR NÜMUNƏVİ PLANIN TƏQDİMATI OLMUŞDUR
Planın tərtibçiləri Turizmin İnkişafı Fondu yaratmağı və 2006-2008-ci illəri əhatə edən ilkin mərhələdə Dövlət Neft Fondundan buraya 25 milyon dollar məbləğində vəsait köçürməyi təklif etmişlər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirmişdir ki, nümunəvi planın müddəalarından Azərbaycanda turizmin inkişafı strategiyasının və 2006-2016-cı illər üçün turizm sahəsinin inkişafına dair Dövlət Proqramının hazırlanmasında istifadə olunacaqdır. O demişdir ki, Azərbaycan hökuməti ölkədə Dövlət Turizm İnstitutu yaradılması və artıq cari ildə tələbə qəbulunun elan olunması barədə qərar qəbul etmişdir. Onun sözlərinə görə, ölkəmizdə turizm sahəsinə sərmayə qoyuluşuna Fars körfəzi dövlətlərinin işgüzar dairələri də maraq göstərirlər. Azərbaycanın turizm imkanlarının daha geniş təbliği üçün aprelin 2-3-də Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan turizm biznes-forumu keçiriləcəkdir.