Azərbaycandan İrana elektrik enerjisinin ixracına başlanılıb
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan İrana elektrik enerjisinin ixracına başlayıb.
Bu barədə AZƏRTAC-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.
O qeyd edib ki, cari il aprelin 12-də Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində İranın Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib. Bu çərçivədə, “Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANIR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və “TAVANIR” şirkətinin idarə heyətinin sədri Araş Kordi imzalayıb: “Müqaviləyə əsasən, iyunun 1-dən etibarən “Azərenerji” ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 meqavat olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Çünki müqavilədə 180 meqavat generasiya gücünün ixracı barədə razılığa gəlinib”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]
Kadrların seçimi mövzusunda təlim keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Ümumdünya Göllər Günüdür
- [11:46]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib
- 26.08.2026 [23:16]
Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb
- 26.08.2026 [23:15]
“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib
- 26.08.2026 [22:38]
Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir
- 26.08.2026 [21:20]
Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb
- 26.08.2026 [21:10]
Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq
- 26.08.2026 [20:51]
“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb
- 26.08.2026 [20:28]
Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub
- 26.08.2026 [20:19]
Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir
- 26.08.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 26.08.2026 [20:00]
Avropada qazın qiyməti 5 faizədək azalıb
- 26.08.2026 [20:00]