Azərbaycandan Özbəkistana məhsul ixracının dəyəri 2 dəfədən çox artıb
Bakı, 21 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Özbəkistana 79 milyon 506,62 min dollar dəyərində məhsul ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 dəfə və ya 44 milyon 129,65 min dollar artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Hesabat dövrü ərzində Azərbaycan Özbəkistandan 121 milyon 227,3 min dollar dəyərində məhsul idxal edib ki, bu da illik müqayisədə 48 faiz və ya 112 milyon 306,3 min dollar azdır.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 0,41 faizini, idxalının isə 1,23 faizini təşkil edib.

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2026 [17:23]
“Bitcoin”in qiyməti üç ayın maksimumuna yüksəlib
- 21.08.2026 [17:11]
ADY dəmiryol keçidlərində sürücü və piyadaları diqqətli olmağa çağırıb
- 21.08.2026 [16:29]
“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort VİDEO
- 21.08.2026 [16:08]
Sahibkarlar yeni dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar
- 21.08.2026 [13:23]