Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib
Bakı, 16 iyun, AZƏRTAC
2021/2022-ci il mövsümündə ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək futbol klublarımızın rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq “Qarabağ” İsrailin “Aşdod”, “Sumqayıt” Serbiyanın “Çukariçki”, “Keşlə” isə Rusiyanın “Soçi” komandası ilə qarşılaşacaq.
"Qarabağ" ilk oyununu doğma meydanda, "Sumqayıt" və “Keşlə” isə səfərdə keçirəcək.
Həmçinin Çempionlar Liqasında mübarizə aparacaq “Neftçi”nin Konfrans Liqasındakı potensial rəqibi məlum olub. Təmsilçimiz birinci təsnifat mərhələsində mübarizəsini dayandıracağı halda, çıxışını Konfrans Liqasında davam etdirəcək və bu turnirdə "Makkabi" (Hayfa, İsrail) / “Kayrat” (Qazaxıstan) cütündə məğlub olan komanda ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA tərəfindən ilk dəfə təşkil olunacaq Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab qarşılaşmaları isə ayın 29-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]