Azərbaycanın 5 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb
Bakı, 29 mart, AZƏRTAC
Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürüb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, Boks Mərkəzində 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın ilk günündə 16 döyüş baş tutub. 6 çəkidə 1/4, 2 çəkidə 1/2 final mərhələsinə yüksələn boksçuların adları bəlli olub. İlk gündə rinqə çıxan Azərbaycan millisinin üzvlərindən 5-i çıxışını qələbə ilə bitirib.
Turnirin ikinci günündə 19 görüş keçiriləcək. Döyüşlər saat 15:00-da başlanacaq.
Qeyd edək ki, aprelin 1-də yekunlaşacaq yarışda 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.
1/8 final
52 kq
Əli Xudaverdiyev (Azərbaycan) - Həsrət Mehdiyev (Azərbaycan) - 5:0
Faiq Mollayev (Azərbaycan) - Muhammed Aliyev (Rusiya) - 4:1
Erlan Yerqeşov (Qırğızıstan) - Daniyar Akbısenov (Qazaxıstan) - 1:4
54 kq
Raul Əsədullayev (Azərbaycan) - Pavel Kondraşov (Rusiya) - 0:5
57 kq
Yeslam Tahirov (Qazaxıstan) - Zviad Tçotçua (Gürcüstan) - 1:4
60 kq
Firuzcon Sadullayev (Özbəkistan) - Canaslan Temirbiyev (Rusiya) - 5:0
63 kq
Abbasqulu Şadlinski (Azərbaycan) - Həsən Tağızadə (Azərbaycan) - 5:0
66 kq
Elnur Abdullayev (Gürcüstan) - Zuxuruddin Abdulloyev (Tacikistan) - birinci tam üstünlüklə qalib gəlib
Husanboy Rustamjonov (Özbəkistan) - Bekaris Nurmuxan (Qazaxıstan) - 2:3
1/4 final
46 kq
Əli Baxışov (Azərbaycan) - Behruz Kurbonov (Özbəkistan) - birinci döyüşə gəlməyib
Sergey Zayats (Belarus) - Ucal Musayev (Azərbaycan) - 2:3
Yasur Uulu Taalaybek (Qırğızıstan) - Bilal Nəzərov (Azərbaycan) - 0:5
Andrey Kotusov (Rusiya) - Fərid İsmayılzadə (Azərbaycan) - 5:0
50 kq
Ramazan Orinbassar (Qazaxıstan) - Buzurqmehr İksanov (Tacikistan) - 3:2
Arseni Jiltsov (Rusiya) - Arif Məcidov (Azərbaycan) - 5:0
Şohjaxon Qahramanov (Özbəkistan) - Bağır Əmirxanlı (Azərbaycan) - 5:0