RƏSMİ XRONİKA
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN İPƏK YOLU VƏQFİNİN FƏXRİ ÜZVÜ SEÇİLMİŞDİR
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ
CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli Baş nazir,
İpək Yolu Vəqfinin nizamnaməsinə əsasən, türkdilli dövlətlərin prezidentləri və baş nazirləri Vəqfin təbii fəxri üzvləridir. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti hörmətli Heydər Əliyev və Siz fəxri üzvlərsiniz.
İpək Yolu Vəqfinin İdarə heyəti 1997-ci ildən etibarən hörmətli Prezidentin və Sizin fəaliyyətlərinizi diqqətlə izləmiş, 1998-ci ildən isə cənab Heydər Əliyevi müxtəlif mükafatlara layiq görmüşdür.
Azərbaycan xalqını və dövlətini dünyaya tanıdan hörmətli atanıza, dünyanın ən böyük siyasət adamlarının önündə gedən əziz Prezident Heydər Əliyevə cansağlığı və uzun ömür arzulayıram.
Dünyanın ən böyük siyasət dahisi hörmətli Heydər Əliyevin məktəbinin yetirməsi olan zati-alinizin Baş nazir vəzifəsinə təyin edilməsi xəbərini böyük sevinclə qarşıladım. Bu vəzifəyə təyin olunmağınızı Azərbaycan dövləti və xalqı üçün bir fürsət hesab etdiyimizi, fəaliyyətiniz sayəsində sabitlik və inkişafın daha da artacağına inandığımızı, zati-alinizə lazımi dəstək verməyə davam edəcəyimizi bildirmək istəyirəm.
Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi, ailənizi və Azərbaycan xalqını təbrik edərək, bir daha cənab Prezidentə cansağlığı arzulayıram.
Müvəffəqiyyətləriniz daimi olsun.
Hörmətlə,
Doktor Həsən Moğol
İpək Yolu Vəqfi İdarə heyətinin sədri
Ankara, 27 avqust 2003-cü il.