Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Hörmətli cənab Baş nazir, əziz qardaşım Tayyib Ərdoğan!

Hörmətli hökumət üzvləri, əziz dostlar!

İlk növbədə, məni Türkiyəyə dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, Türkiyənin Baş naziri cənab Tayyib Ərdoğan mən Baş nazir təyin olunan gün - avqustun 4-də ilk olaraq məni təbrik etdi və Türkiyəyə dəvət etdi. Mən də böyük məmnuniyyət hissi ilə bu dəvəti qəbul etdim və bu gün burada sizinlə birlikdəyəm. İlk səfərimi Türkiyəyə edirəm.

Hesab edirəm ki, bu gün mənim həyatımda, Türkiyə-Azərbaycan əlaqələrinin gələcək inkişafında çox mühüm bir gün olacaqdır. Bu gün əziz qardaşlarımla Türkiyə və Azərbaycan arasında əlaqələri açıq və səmimi şəkildə müzakirə etdik. Biz iki ölkəni maraqlandıran problemlər ətrafında fikir mübadiləsi apardıq. Ölkələrimizin birgə həyata keçirdikləri irimiqyaslı, dünya üçün əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini müzakirə etdik və qərara gəldik ki, iki ölkə arasında olan səmimi münasibətlər, qardaşlıq əlaqələri bu layihələr həyata keçirildikdən sonra daha da yüksək səviyyəyə qaldırılacaqdır. Bu layihələr həyata keçirildikdən sonra Azərbaycan və Türkiyə daha da güclənəcək, regionda onların təsiri daha da möhkəm olacaqdır.

Eyni zamanda, bu fürsətdən istifadə edərək, mənim atama, Prezident Heydər Əliyevə göstərdikləri böyük diqqət və qayğıya görə Türkiyə dövlətinə və hökumətinə öz minnətdarlığımı, həmçinin Azərbaycan xalqının təşəkkürünü bildirmək istəyirəm.

Uzun illər ərzində Prezidentin səhhəti ilə məşğul olmuş dəyərli qardaşlarımız ona böyük kömək ediblər. Türkiyənin hörmətli Prezidentinin və hörmətli Baş nazirinin diqqət və qayğısı onu daha da ruhlandırmış və müalicə prosesini daha da yaxşılaşdırmışdır. İnşallah, yaxın gələcəkdə hörmətli Prezidentimiz öz müalicəsini başa çatdıraraq Vətənə dönəcəkdir.

Ölkələrimiz arasında həll edə bilmədiyimiz heç bir məsələ yoxdur. Bu gün çox əlamətdar gündür. Uzun illərdən qalmış bir məsələ - viza haqqında saziş imzalandı. Bu onu göstərir ki, siyasi iradə, əməkdaşlıq, qardaşlıq, qarşılıqlı anlaşma vardırsa, hər bir məsələ öz həllini tapacaqdır.

Biz Türkiyəyə və Azərbaycana fayda gətirəcək böyük müştərək layihələri müzakirə etdik. Bu müzakirələr bir daha göstərdi ki, biz hər bir məsələdə vahid mövqedən çıxış edirik. İqtisadi əməkdaşlıq, siyasi məsələlər, beynəlxalq təşkilatlarda iştirakımız hər iki ölkənin vahid bir komanda kimi çıxış etməsinə və öz maraqlarını müdafiə etməsinə yönəlmişdir.

Ölkəmiz üçün ən önəmli, ağır problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində biz qardaş Türkiyənin dəstəyini daim hiss edirik. Bu dəstək Azərbaycan müstəqilliyə qovuşduqdan sonra göstərilibdir və indi də davam edir. Bu dəstəyə arxalanaraq, hesab edirik ki, münaqişəyə son qoymaq olar. Biz istəyirik onu sülh yolu ilə, amma ədalətli şəkildə həll edək. İşğalçı Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və müharibə nəticəsində qaçqın və köçkün vəziyyətinə düşmüş bir milyona yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarına qayıtmalıdır. Biz imkan verməməliyik ki, XXI əsrdə bir dövlət digər dövlətin torpaqlarının 20 faizini işğal etsin və heç kim ona təsir edə bilməsin. Mən əminəm ki, bu məsələ ilə məşğul olan dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ, Fransa bundan sonra öz fəaliyyətlərini daha da gücləndirəcək və bizə ədalətli təkliflər təqdim edəcəklər.

Bu gün bir çox məsələlər müzakirə edildi və biz bir daha bir-birimizə nə qədər yaxın olduğumuza əmin olduq. Biz bir millətin nümayəndələriyik, eyni dildə danışırıq, dinimiz də birdir. Aramızdakı münasibətlər, qardaşlıq hissləri hər birimiz üçün əzizdir. Biz çalışmalıyıq ki, gələcək nəsillər də bu tərbiyəni alsınlar, onları elə böyütməliyik ki, Azərbaycan və Türkiyə onlar üçün eyni vətən olsun. Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə gələn hər bir şəxs, vətəndaş bunu hiss etməlidir və edir.

Əziz Baş nazir, mənə göstərdiyiniz böyük hörmət və ehtirama, ölkənizə dəvət etdiyinizə görə Sizə bir daha öz minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, Baş nazir vəzifəsində mən ölkələrimizin -Türkiyə və Azərbaycanın bundan sonra da inkişaf etməsi, gələcəkdə də gözəl münasibətlər saxlaması, bu münasibətlərin daha yüksək pilləyə qalxması üçün əlimdən gələni edəcəyəm.

X X X

Rəsmi qəbulda Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər, maliyyə naziri Kamal Unakıtan, Azərbaycan Baş nazirinin müavini Abid Şərifov, iqtisadi inkişaf naziri Fərhad Əliyev, ARDNŞ-in prezidenti Natiq Əliyev, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz, digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir