Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

-Əziz gəncəlilər!

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gün görüşə gəldiyinizə görə sizə öz minnətdarlığımı bildirmək istəyirəm.

Azərbaycanın qədim torpağı olan Gəncə, dahi Nizaminin Vətəni olan Gəncə daim cənab Prezidentin diqqət mərkəzindədir və bundan sonra da diqqət mərkəzində olacaqdır.

Siz bilirsiniz ki, mən dəfələrlə Gəncədə olmuşam, sizin yanınıza gəlmişəm, sizinlə bir yerdə olmuşam. Müxtəlif məsələləri bir yerdə müzakirə edib həll etmişik. Sizə səmimi deyə bilərəm ki, bu dəfəki gəlişim məni çox sevindirir. Mən görəndə ki, Gəncə yeniləşir, abadlaşır, yeni müəssisələr yaradılır, yeni iş yerləri açılır, insanların əhval-ruhiyyəsi yuksəlir, bu, məni çox sevindirir. Mən çox şadam ki, bu gözəl gündə sizinlə bir yerdəyəm və sizi əmin etmək istəyirəm ki, bundan sonra da biz daim bir yerdə olacağıq.

Burada deyildi ki, qısa müddət ərzində möhtərəm cənab Prezidentin göstərişləri əsasında Gəncədə böyük işlər görülübdür. Fəaliyyətini dayandırmış müəssisələr öz işlərini bərpa ediblər. Bu gün gil-torpaq zavodunda 2700 adam işləyir, əmək haqqı alır. Bu, çox böyük göstəricidir, çox sevindirici haldır. Bu onu göstərir ki, Azərbaycanda iş yerlərinin açılması istiqamətində çox böyük işlər görülür. Çox böyük sevindirici haldır ki, bu işlər təkcə Bakıda yox, Azərbaycanın müxtəlif bölgələrində də görülür.

İqtisadi inkişaf naziri məlumat verdi ki, Gəncədə nə qədər müəssisə fəaliyyətini bərpa edib, gil-torpaq zavodunda nə qədər məhsul istehsal olunur və ixrac edilir. Bu proses gələcəkdə də davam edəcəkdir. Məndə olan məlumata görə, artıq bu müəssisəyə 6 milyon dollar sərmayə qoyulubdur, gələcəkdə fəaliyyətini genişləndirəcək və yeni iş yerlərinin açılması üçün gözəl şərait yaranacaqdır.

Eyni zamanda, Gəncədə sosial problemlər öz həllini tapır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyevin siyasəti ondan ibarətdir ki, biz həm iqtisadi inkişafa nail olmalıyıq, həm də sosial məsələlərə böyük əhəmiyyət verməliyik. Bu məqsədlə bu yaxınlarda cənab Prezidentin sərəncamları ilə insanların böyük bir qrupunun əmək haqları, təqaüdləri qaldırılıbdır. Bu proses bundan sonra da davam edəcəkdir. Azərbaycanın iqtisadiyyatı gücləndikcə maaşların, təqaüdlərin həcmi daha da artırılacaqdır. Gəncədə də sosial məsələlərin həllinə böyük əhəmiyyət verilir.

Burada yeni yollar, parklar salınır, şəhər abadlaşır, gözəlləşir. Əlbəttə, biz çalışacağıq ki, yerli orqanlara bu istiqamətdə daim kömək göstərək. Qeyd olundu ki, Gəncədə işıq və qaz sarıdan heç bir problem yoxdur. Amma mən yaxşı xatırlayıram və siz də məndən yaxşı bilirsiniz ki, iki il bundan əvvəl şəhərdə bu problem çox ciddi xarakter almışdı.

Mən xatırlayıram, 2001-ci ildə Gəncəyə gələndə buradakı vəziyyətlə maraqlandım. Məni əmin etdilər ki, vəziyyət yaxşıdır. Amma Bakıya qayıtdıqdan sonra mənə məlumat verildi ki, mən orada olan müddət ərzində işıq verilirdi, ancaq gedəndən sonra işıq kəsilmişdir. Əlbəttə, bu, məni çox narahat elədi və müvafiq orqanlardan xahiş etdim ki, tezliklə bu məsələ öz həllini tapsın. İndi mən çox şadam ki, Gəncəyə işıq fasiləsiz verilir və demək olar, bütün şəhər qazla təmin olunubdur.

Su təchizatı ilə bağlı işlər görüləcəkdir. Bu barədə məlumat verildi. Böyük məbləğdə alınan kreditlər hesabına Gəncəyə verilən suyun həcmi də artırılacaq, keyfiyyəti də yaxşılaşdırılacaqdır. Bu, onu göstərir ki, bizim hökumətimiz məhz sosial problemlərin həllinə böyük əhəmiyyət verir və bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Əlbəttə, bütün bu problemlərin həllinə nail olmaq üçün ilk növbədə, gərək Azərbaycanın iqtisadiyyatı güclü olsun. Azərbaycanda iqtisadi inkişaf getsin. Çox sevindirici haldır ki, biz bunu görürük. Azərbaycan qısa müddət ərzində, ölkədə aparılan iqtisadi islahatların nəticəsində, Heydər Əliyevin yeni neft strategiyası nəticəsində öz iqtisadi potensialını gücləndiribdir.

Azərbaycanda çox böyük həcmdə valyuta ehtiyatları yaradılıbdır. Bu ehtiyatlar yenə də, ilk növbədə, əhalinin sosial problemlərinin həllinə yönəldilibdir. İlk növbədə, Azərbaycanda ən ağır vəziyyətdə yaşayan qaçqınların və məcburi köçkünlərin həyatının yaxşılaşdırılması üçün sərf olunur. Bu günlərdə Biləsuvar rayonunda məcburi köçkünlər üçün yeni salınmış qəsəbənin açılışında iştirak edirdim. Bu proses davam edəcəkdir. Məqsədimiz bundan ibarətdir ki, Azərbaycanda heç bir çadır düşərgəsi olmasın, bütün qaçqınlar, məcburi köçkünlər yeni müasir evlərə köçürülsünlər.

Məqsədimiz budur ki, Azərbaycanda insanlar yaxşı yaşasınlar. Əgər Bakıda işıq varsa, qaz varsa, Gəncədə də işıq, qaz olmalıdır. Biləsuvarda da, Yardımlıda da olmalıdır, Azərbaycanın bütün bölgələrində olmalıdır.

Planlarımız böyükdür, artıq açıq-aydın görürük ki, bizi nələr gözləyir. Azərbaycanda Heydər Əliyevin apardığı siyasətin nəticəsində çox gözəl perspektivlər yaranıbdır. Növbəti beş il ərzində Azərbaycana ancaq neft və qaz sektorunun fəaliyyəti nəticəsində 5 milyard dollar vəsait daxil olacaqdır. Əlbəttə ki, bu vəsait səmərəli şəkildə istifadə olunacaq və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcəkdir.

Eyni zamanda, növbəti beş ildə Azərbaycanda 600 min yeni iş yeri açılacaq və bu da öz növbəsində, işsizlik probleminin aradan qaldırılmasına böyük kömək göstərəcəkdir. Son iyirmi gün ərzində bəlkə də iki-üç min yeni iş yeri açılıbdır. Mən Baş nazir kimi, bütün yeni yaradılan müəssisələrin açılışında iştirak etmişəm və çox məmnunluq hissi ilə deyə bilərəm ki, onlar bütün dünya standartlarına cavab verir. Bizim məqsədimiz budur ki, Azərbaycan müasirləşsin, Azərbaycan yeniləşsin, Azərbaycan zəngin, qüdrətli dövlətə çevrilsin.

Bütün Azərbaycan xalqı ölkəmizdə son on il ərzində aparılan siyasəti dəstəkləyir və bəyənir. 1993-cü ildə Azərbaycan böhran içində idi, xaos, anarxiya içində idi. Azərbaycan o vaxtkı səviyyəsiz, səriştəsiz rəhbərlik tərəfindən uçurum kənarında qalmışdı. Məhz onların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadiyyatı dağılmışdı, respublikamız böhran içində idi. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə yenidən rəhbərliyə gəlməsəydi, Azərbaycanın gələcəyi çox pis ola bilərdi. Amma xalq öz müdrikliyini göstərdi, xalq milli liderini dəvət etdi və əminəm ki, bundan sonra da onun siyasətini daim dəstəkləyəcəkdir.

O vaxt Azərbaycanı bərbad vəziyyətə salan, vətəndaş müharibəsini başlayan insanlar, Gəncəni bombalamaq istəyən İsa Qəmbərov və onun kimiləri yenidən baş qaldırır, xalqdan səs istəyir. Amma Azərbaycan xalqı Heydər Əliyevin siyasətini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir.

On il ərzində Heydər Əliyev Azərbaycanı anarxiyadan, xaosdan, böhrandan ictimai-siyasi sabitliyə, inkişafa gətirdi. Yaşasın Heydər Əliyev! Biz hamımız - bütün Azərbaycan xalqı çox istəyirdik ki, bu seçkilərdə möhtərəm cənab Prezident iştirak etsin, ancaq onun səhhətində yaranan problemlər buna imkan vermədi. Mən onunla daim telefon əlaqəsi saxlayıram, Azərbaycanda baş verən hadisələr haqqında məlumat verirəm, ondan məsləhətlərimi alıram. Sizi əmin etmək istəyirəm ki, yaxın vaxtlarda o, səhhətini bərpa edəcək və yenidən Azərbaycan xalqı ilə birlikdə olacaqdır.

O, bu seçkilərdə iştirak etmədiyinə görə bu seçkilərdə mən iştirak edəcəm və söz verirəm ki, Azərbaycan xalqı ilə birlikdə onun siyasətini davam etdirəcəyəm. Xalqın problemləri ilə maraqlanmayan, bu problemlərə biganə olan, beş ildə bir dəfə xalqın qarşısına çıxan müxalifət indi ağzına gələni danışır, iqtidara böhtan atır, yalan vədlər verir, fantaziyalar danışır və s. Buna əhəmiyyət vermək lazım deyildir. Mən bilirəm, Azərbaycan xalqında onlara qarşı o qədər mənfi münasibət var ki, onların bəzi tədbirlərində öz hisslərini cilovlaya bilmir və onlara çox kəskin reaksiya verir. Mən Azərbaycan xalqından xahiş edərdim ki, onlara əhəmiyyət verməsinlər. Qoy, haraya gedirlər getsinlər, nə danışırlar danışsınlar. Onsuz da onların sözünə baxan yoxdur. Nə qədər çox danışsalar, bir o qədər də özlərini biabır edəcəklər.

O vaxt Azərbaycan dövlətçiliyinə xəyanət edən, sonra əsir düşüb oraya gətirilən, eşitdiyimə görə Gəncənin küçələrini süpürən İsa Qəmbərov əgər o işlə məşğul olsaydı, Azərbaycana daha da çox fayda gətirərdi. Azərbaycan xalqı onları 1993-cü ildə görüb və onların bir daha hakimiyyətə gəlməsi imkansızdır.

Bizim planlarımız çoxdur. Azərbaycanı hər cəhətdən inkişaf etdirəcəyik. Azərbaycanın iqtisadiyyatı möhkəmlənəcəkdir. Heydər Əliyevin neft strategiyası davam etdiriləcəkdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmrəi 2005-ci ildə istismara veriləcəkdir. Ondan sonra Azərbaycan ildə 50 milyon ton neft ixrac edəcəkdir. Bu da ölkəyə milyardlarla dollar valyuta gətirəcəkdir. Bu vəsaitlə Azərbaycanın hər bölgəsi, iqtisadiyyatın hər bir sahəsi inkişaf edəcəkdir. Yeni iş yerləri yaradılacaq, zavodlar, fabriklər, məktəblər, səhiyyə obyektəri tikiləcək, Azərbaycan güclənəcəkdir. Eyni zamanda, sosial məsələlər öz həllini tapacaqdır.

Azərbaycanda idman daha da inkişaf etdiriləcəkdir. Mən çox şadam ki, bizim təşəbbüsümüzlə ilk olimpiya komplekslərdən biri də Gəncə şəhərində tikilib istifadəyə verilmişdir. İndi mən eşidəndə ki, uşaqlar, cavanlar, gənclər orada məşq edir, ürəyim fərəhlə dolur. Mən buna çox sevinirəm.

Əziz gəncəlilər, siz bilirsiniz ki, Gəncə Heydər Əliyev üçün çox doğma, əziz şəhərdir. Yəqin onu da bilirsiniz ki, mənim üçün də çox doğma, əziz şəhərdir. İstəyirəm, biləsiniz ki, gələcəkdə öz fəaliyyətimdə daim Gəncəyə, gəncəlilərə diqqət göstərəcəyəm, bütün problemləri biz bir yerdə həll edəcəyik, Heydər Əliyevin siyasətini birlikdə davam etdirəcəyik.

Mən sizin hamınızı bir daha salamlayıram. Bu görüşə gəldiyinizə görə minnətdarlığımı bildirirəm. Bu xoş, səmimi münasibətinizə görə sizi qucaqlayıram, öpürəm, bağrıma basıram. Gələcək bizimlədir.

Yaşasın Heydər Əliyev!

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir