Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİN YALTAYA İŞGÜZAR SƏFƏRİ

Azər TAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün sentyabrın 18-də Ukraynanın Yalta şəhərinə gəlmişdir.

Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş Sevastopolun Belbek hava limanında Baş nazir İlham Əliyevi şəhər icra hakimiyyətinin başçısı Leonid Junko, Azərbaycan Baş nazirinin birinci müavinləri Artur Rasizadə və Abbas Abbasov, ölkəmizin Rusiya və Ukraynadakı səfirləri Ramiz Rizayev və Tələt Əliyev, digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar Azərbaycan hökumətinin başçısına duz-çörək təqdim etdilər.

Azərbaycanın Baş naziri fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Baş nazir İlham Əliyev hava limanından Yaltaya - “Yujnaya” sanatoriyasında onun üçün ayrılmış iqamətgaha gəldi.

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV İLƏ RUSİYA FEDERASİYASININ PREZİDENTİ VLADİMİR PUTİNİN GÖRÜŞÜ

Sentyabrın 18-də Yaltada, Rusiya dövləti başçısının iqamətgahında Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında təkbətək görüş olmuşdur. Rusiya rəhbəri Yaltada nəzərdə tutduğu ikitərəfli görüşlərdən birincisini Azərbaycanın Baş naziri ilə keçirmişdir. Prezident VLADİMİR PUTİN Azərbaycan hökumətinin başçısını səmimiyyətlə salamlayaraq dedi: -Cənab Baş nazir, Sizi görmək, yenidən və yeni vəzifədə qarşılamaq mənim üçün çox xoşdur. Mən Sizi, ilk növbədə, bu yüksək vəzifəyə təyin olunmağınız münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, bu, uğurlu seçimdir. Son vaxtlar bizim əlaqələrimizin inkişafı barədə ölkələrimizin ictimaiyyətinə təqdim etməli məsələlər var. İndicə mən ötən il üçün məlumatı nəzərdən keçirdim və gördüm ki, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 70 faiz, bu ilin ilk beş ayında isə 20 faiz artmışdır. Çox yaxşı dinamikadır və ümidvaram ki, Azərbaycan Prezidenti ilə söhbətlərimiz də öz bəhrəsini verir. Sizdən xahiş etmək istəyirəm ki, ilk fürsət düşən kimi, ilk imkan yaranan kimi mənim ən xoş arzularımı Prezidentə yetirəsiniz. Biz ümidvarıq ki, o, sağalacaq, hər şey normal olacaqdır. Biz bilirik ki, hazırda Azərbaycan getdikcə genişlənən seçkiqabağı mübarizə şəraitindədir. Lakin ümidvar olduğumu ifadə etmək istəyirəm ki, daxili siyasi proseslər ikitərəfli münasibətlərin inkişafının sürətinə təsir göstərməyəcək və o, davam edəcəkdir. Baş nazir İLHAM ƏLİYEV təşəkkürünü bildirərək dedi: -Cənab Prezident, səmimi sözlərə görə çox sağ olun. Mən, ilk növbədə, Prezidentimizin xahişini yerinə yetirmək və Sizə onun ən xoş arzularını çatdırmaq, işinizdə uğurlar dilədiyini bildirmək istərdim. Bizə də çox xoşdur ki, ölkələrimiz arasında münasibətlər bütün sahələrdə dinamik inkişaf edir və siyasi baxımdan da çox yaxşı qarşılıqlı fəaliyyət var. İqtisadiyyata gəldikdə, qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi sürətlə artır və qarşılıqlı surətdə faydalı olan bir çox layihələr həyata keçirilir. Ancaq deməliyəm ki, münasibətlərimizin belə inkişafına başlıca təkan Sizin Azərbaycana səfərinizdən sonra verilmişdir. Bilirsiniz ki, Rusiya Prezidentinin səfərini Azərbaycanda çoxdan gözləyirdilər və Siz bu səfəri həyata keçirməyi qərara aldıqda, bu səfərdən dərhal sonra hiss etdik ki, bütün istiqamətlərdə çox sürətli irəliləyiş yarandı və münasibətlərimiz fəallaşmağa başladı. Biz bunu çox əziz tuturuq. Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, Rusiya Azərbaycan üçün strateji tərəfdaşdır. İndi bu siyasət aparılır və gələcəkdə də aparılacaqdır. Dövlətlərarası münasibətlərin bütün səviyyələrində yeni uğurlar qazanmağımız, daha yaxından qarşılıqlı fəaliyyət göstərərək ölkələrimizə və xalqlarımıza fayda gətirməyimiz üçün biz özümüzdən asılı olan bütün işləri görəcəyik. Fürsətdən istifadə edərək, Azərbaycan Prezidenti müalicə olunarkən ona göstərdiyiniz qayğıya görə də Sizə öz şəxsi təşəkkürümü bildirmək istəyirəm. Biz bunu yüksək qiymətləndiririk. Bunu Azərbaycanda yüksək qiymətləndirir və həmişə yadda saxlayacaqlar. VLADİMİR PUTİN: Zənnimcə, buna görə təşəkkür etmək lazım da deyildir. Bu, müqəddəs işdir. Təkcə bu məsələlərdə deyil, hər hansı digər məsələlərdə də bizim köməyimizə ümid bəsləyə bilərsiniz. Əgər səfərlər əlaqələrimizə belə kömək edirsə, Sizi Moskvaya işgüzar və ya rəsmi səfərə dəvət etmək istəyirəm. Səfərin formatını yəqin ki, Rusiya Federasiyasının hökuməti ilə razılaşdıracaqsınız. Təkrar edirəm, bütün seçkiqabağı işlərə baxmayaraq, biz çox istərdik ki, münasibətlərimizin inkişaf sürətini itirməyək. Bizim ən müxtəlif sahələrə dair müzakirələr aparmaq üçün imkanımız var. Odur ki, zənnimcə, bu, yerinə düşəcəkdir.

X X X

Sonra təkbətək davam etdirilən görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparıldı.

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV İLƏ QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ NURSULTAN NAZARBAYEVİN GÖRÜŞÜ

Sentyabrın 18-də Yaltada Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev ilə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev arasında təkbətək görüş olmuşdur. Qazaxıstan Prezidenti Azərbaycanın Baş nazirini özü üçün ayrılmış iqamətgahın önündə səmimiyyətlə qarşıladı. Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi, neft layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı. Prezident Nursultan Nazarbayev Azərbaycan Prezidenti Heydər Əliyevə onun salamlarını çatdırmağı xahiş etdi, dövlətimizin başçısının tezliklə sağalıb Vətənə dönməsini arzuladı. Baş nazir İlham Əliyev Qazaxıstan rəhbərinə Azərbaycan Prezidenti Heydər Əliyevin salamlarını və xoş arzularını yetirdi. Söhbət zamanı hər iki ölkəni maraqlandıran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi oldu.

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV İLƏ UKRAYNA PREZİDENTİ LEONİD KUÇMANIN GÖRÜŞÜ

Sentyabrın 18-də Yaltada, Ukrayna dövləti başçısının “Zarya” iqamətgahında Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev ilə Ukrayna Prezidenti Leonid Kuçma arasında təkbətək görüş olmuşdur. Prezident Leonid Kuçma Baş nazir İlham Əliyevi iqamətgahın önündə səmimiyyətlə və hərarətlə qarşıladı. Mehribanlıq və səmimilik şəraitində keçən görüşün əvvəlində Ukrayna rəhbəri Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə maraqlandı, onun tezliklə müalicəsini başa çatdırıb Vətənə qayıtmasını arzuladı. Prezident Leonid Kuçma Baş nazir İlham Əliyevi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik etdi, ona uğurlar dilədi. Səmimi görüşə və xoş sözlərə görə minnətdarlıq edən Baş nazir İlham Əliyev Ukrayna dövlətinin başçısına Azərbaycan Prezidenti Heydər Əliyevin salamlarını və xoş diləklərini yetirdi. Görüşdə Ukrayna-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, ölkələrimiz arasında, xüsusilə GUÖAM və digər təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edildi.

AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV İLƏ GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN GÖRÜŞÜ

Sentyabrın 18-də Yaltada Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev ilə Gürcüstan Prezidenti Eduard Şevardnadze arasında təkbətək görüş keçirilmişdir. Gürcüstanın Prezidenti respublikamızın Baş nazirini özünün iqamətgahı önündə hərarətlə və səmimiyyətlə qarşıladı. Mehribanlıq şəraitində keçən görüşdə cənab Eduard Şevardnadze dövlətimizin başçısı Heydər Əliyevin səhhəti ilə maraqlandı və onun tezliklə müalicəsini başa çatdırıb Vətənə qayıtmasını arzuladı. Gürcüstan Prezidentinə təşəkkürünü bildirən Baş nazir İlham Əliyev respublikamızın rəhbərinin salamlarını və xoş diləklərini ona yetirdi. Görüşdən sonra mətbuat üçün qısa bəyanatla çıxış edən Baş nazir İlham Əliyev və Prezident Eduard Şevardnadze dost ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnun olduqlarını vurğuladılar. Prezident Şevardnadze Azərbaycanın Baş nazirini Gürcüstana səfərə dəvət etdiyini bildirdi. Baş nazir İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın müsbət təcrübəsinin davam etdirilməsinin zəruriliyini vurğuladı. O dedi ki, müasir Azərbaycan və Gürcüstan dünyamiqyaslı iki böyük siyasətçinin - Heydər Əliyevin və Eduard Şevardnadzenin şah əsərləridir. Tarix onların fəaliyyətini qiymətləndirib və gələcəkdə də qiymətləndirəcəkdir.

X X X

Sentyabrın 18-də Yaltada, Ukrayna dövləti başçısının “Zarya” iqamətgahında Ukrayna Prezidenti Leonid Kuçmanın adından MDB ölkələri dövlət başçılarının şərəfinə qeyri-rəsmi qəbul təşkil olundu. Azərbaycanın Baş naziri İlham Əliyev qəbulda iştirak edirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib