Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasında iki medal qazanıblar
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan idmançıları Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində uğurla çıxış ediblər.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Ramiz Həsənov (80 kiloqram) amerikalı Tayler Loethen (3:0), yunanıstanlı Aleksandros Spiliotis (5:0) və ukraynalı Maksim Bresə (2:1) qalib gələrək B qrupunun lideri kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında moldovalı Vasile Diakona (1:3) məğlub olan idmançı Bresə yenidən qalib gələrək (3:0) bürünc medal qazanıb.
İbrahim Yusubov (90 kiloqram) A qrupunda maksimum nəticə göstərib. Çimərlik güləşi üzrə ikiqat dünya çempionu almaniyalı Kevin Qremm (3:0), ukraynalı Demid Karaçenko (3:0) və yaponiyalı Asahi İmamuradan (3:0) güclü olub. Yarımfinalda moldovalı Trayan Kapatinanı (3:1) üstələyən İbrahim finalda türkiyəli Mahmut Özkayaya qalib gəlib – 3:0. Bununla da Yusubov cari mövsümdə Dünya Seriyasında ilk dəfə qızıl medal qazanıb.
Beləliklə, çimərlik güləşçilərimiz Katerinidən 1 qızıl və 1 bürünc medal əldə ediblər. Dünya Seriyasının sonuncu - final mərhələsi oktyabrın 12-13-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]