Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adlayıb

Bakı, 4 mart, AZƏRTAC
İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
Zeynəb Rəhimova 1/32 final çərçivəsində əlcəzairli Fatma Zöhrə Hadjala ilə döyüşüb. 54 kiloqram çəki dərəcəsində baş tutan qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. Z.Rəhimova rəqibini 4:1 (29:28, 30:27, 29:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Yığmanın üzvü növbəti qarşılaşmasında ilk mərhələdən azad olan Aqerie Bayevlə (Efiopiya) üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək.
Ümid Rüstəmov (57 kiloqram) isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib. Ümid Rüstəmov 1/16 finalda Bakari Hassanla (Keniya) gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq.
Qeyd edək ki, yarışın ilk günündə boksçumuz Nicat Hüseynov (51 kiloqram) da qələbə qazanaraq mərhələ adlayıb.
Turnirin üçüncü günündə millimizin daha 2 boksçusu rinqə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2025 [14:57]
Azərbaycan komandası Bolqarıstandakı turnirin qalibi olub
- 24.06.2025 [14:45]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
- 24.06.2025 [14:15]
“Azərreyl” kubalı voleybolçu ilə heyətini gücləndirib
- 24.06.2025 [14:07]
PSJ futbolçusunu Danimarka klubuna icarəyə verib
- 24.06.2025 [14:03]
“Barselona” “Kamp Nou” stadionuna vaxtından əvvəl qayıda bilər
- 24.06.2025 [13:41]
İtaliyanın tanınmış basketbol komandası yeni baş məşqçiyə tapşırılıb
- 24.06.2025 [12:51]