Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə qoşulur
Bakı, 23 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın daha bir idmançısı mübarizəyə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev tatamiyə çıxacaq. Avropa çempionunun ilk rəqibi Pyotr Kuçera (Polşa) - Yonqhun Von (Cənubi Koreya) cütünün qalibi olacaq.
Qeyd edək ki, dünya çempionatına mayın 24-də yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmizə yeganə medalı Hidayət Heydərov qazandırıb. O, 73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]