Azərbaycanın daha iki güləşçisi yarımfinalda
Bakı, 17 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Azərbaycan güləşçiləri Orxan Nuriyev (98 kq) və Murad Məmmədov IV İslam Həmrəyliyi Oyunlarında ilk görüşlərində qələbə qazanıblar.
AZƏRTAC xəbər verir ki, Orxan Nuriyev pakistanlı Rza Tayabı 9:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Digər təmsilçimiz Murad Məmmədov isə iranlı Mohammad Nourbəxş ilə qarşılaşıb. Təmsilçimiz 10:4 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.