İDMAN
Azərbaycanın daha iki taekvondoçusu dünya çempionatında mübarizəyə başlayır







Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.
AZƏRTAC xəbər verir ki, çempionatda 54 kiloqram çəki dərəcəsində çıxış edəcək Səyyad Dadaşov 1/16 final mərhələsində Omonjon Otajonov (Özbəkistan) - Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında isə Minayə Əkbərova (46 kq) eyni raundda Ruka Okamoto (Yaponiya) - Sarao Sançes (Puerto-Riko) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.