AZƏRBAYCANIN DÖVLƏT SƏRHƏDİ ETİBARLI SURƏTDƏ QORUNUR
Cinayətkarlığa qarşı mübarizədə axtarışda olan 43 nəfər şəxs, silah-sursatın qanunsuz saxlanılmasında 3 ədəd ov tüfəngi, “PK” markalı silah üçün 41 ədəd, ov tüfəngi üçün 97 ədəd giliz, ov tüfəngi üçün 100 ədəd piston, 1,5 kiloqram qırma, ov patronlarının hazırlanması üçün 3 ədəd alət, tiryəkə və marixuanaya oxşar 61 qram maddə müəyyənləşdirilərək saxlanılmışdır.
Dövlət sərhədinin mühafizəsi zamanı Rusiyanın 15, Azərbaycanın 3, Hollandiyanın 1, Qırğızıstanın 1 vətəndaşı saxta sənədlə, Azərbaycanın 1, Qırğızıstanın 1 vətəndaşı başqasına məxsus sənədlə, müxtəlif ölkələrin 37 nəfər vətəndaşı isə müvafiq sənədləri olmadığına görə saxlanılmışlar. Həmçinin 4 nəfər Keniya, 3 nəfər Banqladeş, 3 nəfər İraq, 2 nəfər İran, 2 nəfər Nigeriya, 2 nəfər İordaniya, 1 nəfər Hindistan, 1 nəfər Pakistan, 1 nəfər Uqanda, 1 nəfər Yəmən və 1 nəfər Livan vətəndaşı vizalarının olmamasına görə, 1 nəfər Azərbaycan və 1 nəfər Gürcüstan vətəndaşı isə şübhəli şəxs qismində saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.
Bununla yanaşı, 13 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, nəticədə 10 nəfər İran və 7 nəfər Azərbaycan vətəndaşı sərhəd pozucusu qismində tutulmuş, sərhəd rejimi qaydalarını pozduqlarına görə 19 nəfər Azərbaycan və 8 nəfər Gürcüstan vətəndaşı saxlanılmışdır.
Ay ərzində 24.925 ABŞ dollarının, 81.474 qutu müxtəlif markalı siqaretlərin, 8.869 litr dizel yanacağının, 15.840 ədəd “Oksidenrasiklonaqidroxlorid” dərman preparatının, 22 ton əlvan metalın, 17 kiloqram 763 qram qara kürünün, 386 ədəd müxtəlif markalı mobil telefonun, 450 kiloqram hisə verilmiş balığın, 130 min ədəd spirtli içki qapağının altlığının, 1 ton mühərrik yağının, “SİEMENS” markalı 6 ədəd radiostansiyanın, 123 baş qaramalın, 40 baş davarın, 148 litr spirtli içkinin, 55 ədəd müxtəlif geyim əşyasının, “Moskviç” markalı avtomaşın üçün 4.500 ədəd yağ süzgəcinin və 500 ədəd süzgəc kağızının, 1115 ədəd elektrik avadanlığının, 132 kiloqram yuyucu tozun, motosiklet və traktorların çox sayda ehtiyat hissələrinin dövlət sərhədindən qeyri-qanuni keçirilməsinin qarşısı alınmışdır.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.