Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb
Bakı, 16 may, Elvin Camalov, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 117,5 milyon ABŞ dolları, Meksika ilə 21,5 milyon dollar, Ekvadorla isə 15,6 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən İspaniya ilə ticarət dövriyyəsi azalıb, Meksika və Ekvador ilə artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədir. İspaniyadan idxalın dəyəri 21,8 milyon dollar, Meksikadan 21,3 milyon dollar, Ekvadordan isə 15,6 milyon dollar təşkil edib. Hər üç ölkə ilə idxal əməliyyatları artıb.
Dörd ayda Azərbaycan ispandilli ölkələrdən ən çox İspaniya, Kolumbiya və Meksikaya məhsul ixrac edib. İspaniyaya ixracın dəyəri 95,6 milyon dollar, Kolumbiya və Meksikaya isə cüzi olub. İspaniyaya məhsul ixracı azalıb.
Azərbaycanın ticari əməkdaşlığı ən az olan ispandilli ölkələr isə Venesuela, Nikaraqua və Salvador olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]