SİYASƏT
Azərbaycanın Qazaxıstandakı yeni səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib
Nur-Sultan, 8 sentyabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov etimadnaməsini bu ölkənin Prezidenti Kasım-Jomart Tokayevə təqdim edib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.
Görüş zamanı Kasım-Jomart Tokayev səfir Ağalar Atamoğlanovu Qazaxıstanda missiyasına rəsmi olaraq başlaması münasibətilə təbrik edib, diplomatın peşəkar təcrübəsi sayəsində müxtəlif sahələrdə dövlətlərarası dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Ölkəmizlə əməkdaşlıqdan danışan Kasım-Jomart Tokayev bildirib ki, Azərbaycan Avrasiya məkanında və Xəzər regionunda Qazaxıstanın əsas tərəfdaşlarından biridir.
Prezident qeyd edib ki, hazırda ən aktual vəzifə çoxşaxəli əməkdaşlığımızın bütün spektrinə əlavə dinamika verməkdir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan