AZƏRBAYCANIN SUVARMA SİSTEMLƏRİNİN YAXŞILAŞDIRILMASIÜÇÜN 39,1 MİLYON DOLLAR KREDİT AYRILMIŞDIR
Respublikanın təsərrüfatlararası suvarma sistemlərinin, Araz çayı üzərindəki Bəhramtəpə su qovşağının, eləcə də 11 rayonda suvarma vasitələrinin bərpasına və idarə olunmasının təkmilləşdirilməsinə 39,1 milyon dollar məbləğində kredit ayrılmışdır.
Milli Məclisin aqrar siyasət daimi komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kreditin 35 milyon dollarını Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası, 4,1 milyonunu isə Azərbaycan hökuməti verəcəkdir. 3 hissədən ibarət layihə 6 ilə həyata keçiriləcəkdir. Kreditlər 0,75 faizlə 35 il müddətinə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]