AZƏRBAYCANIN VERGİ ORQANLARI APREL AYININ PROQNOZUNU 108,9 FAİZ YERİNƏ YETİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin məlumatına görə, 2004-cü ilin aprel ayında dövlət büdcəsinə 377,1 milyard manat vəsait cəlb edilmişdir ki, bu da proqnozun 108,9 faiz yerinə yetirilməsi deməkdir. İlin ötən dörd ayında isə vergi daxilolmaları üzrə proqnoz 105,3 faiz icra edilmiş və dövlət büdcəsinə 1399,3 milyard manat vəsait daxil olmuşdur. Ötən ilin ilk dörd ayı ilə müqayisədə vergilərin dövlət büdcəsinə cəlb olunmasının həcmi 226,8 milyard manat və ya 19,3 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]