Azərbaycanlı diplomatın Həmrəylik Gününə həsr olunan məqaləsi Türkiyə mətbuatında
İstanbul, 31 dekabr, AZƏRTAC
Türkiyənin aparıcı mətbuat və informasiya orqanları Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlının 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr etdiyi məqaləsini yayımlayıb.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təsis olunan həmrəylik bayramımızın əhəmiyyətindən bəhs edən məqalədə diqqətə çatdırılır ki, həyata keçirilən həmrəylik strategiyası sayəsində Azərbaycan xalqı mütəşəkkil şəkildə öz dövləti ətrafında birləşir və ölkəmizin hərtərəfli tanıtdırılması və milli maraqlarımızın müdafiə olunması istiqamətində ciddi səylər göstərir.
Baş konsul bildirir ki, Ulu Öndərimiz tərəfindən möhkəm təməl üzərində qurulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımızın beynəlxalq aləmdəki imicini yüksəldir, ölkəmizin daha yaxşı tanıdılmasına yeni imkanlar yaradır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]